Nəriman Abdullayev: Lorenzo Sotomayor “Rio-2016”ya psixoloji cəhətdən yaxşı hazırlaşıb
Bakı, 15 avqust, AZƏRTAC
Boksçumuz Lorenzo Sotomayorun “Rio-2016”nın səkkizdəbir final mərhələsindəki fransız rəqibi güclü idi. Lakin qarşılaşmada daha güclü tərəf Lorenzo oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova ilə söhbəti zamanı deyib.
Böyük məşqçi bildirib ki, boksçumuz yarışa ciddi hazırlaşıb. İdmançımız yarışa psixoloji cəhətdən də yaxşı hazırlıqlı idi və parlaq qələbə qazandı. Hakimlər də buna rəy verdilər. Digər görüşlərdən fərqli olaraq, bu dəfə boksçumuz daha əzmlə döyüşdü.
Qeyd edək ki, Lorenzo Sotomayorun növbəti mərhələdəki rəqibi Kuba təmsilçisi Yasnier Toledo olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]