Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi obrazı Azərbaycan bəstəkarlarının yaradıcılığında

Nəsimi obrazı Azərbaycan bəstəkarlarının yaradıcılığında

Məndə sığar iki cahan, mən bu cahana sığmazam.

Bakı, 11 mart, AZƏRTAC

Bu il orta əsrlərin dahi şairi, filosofu, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi tamam olur. Şairin fiziki mövcudluğundan altı yüz il keçməsinə baxmayaraq, zamanla onun şəxsiyyətinə və yaradıcılığına olan maraq azalmır. Sirr deyil ki, Nəsiminin də aid olduğu dahilərin xüsusiyyətlərindən biri onların yaşadıqları əsr və müasirlərindən çox, gələcək nəsillərə daha lazımlı və maraqlı olmalarıdır. Elmi və fəlsəfi düşüncənin kainatın və yaradılışın bir neçə sirlərini açmağa imkan verdiyi müasir dövrdə biz Nəsimiyə daha çox yaxınlaşır, onun yaydığı sakral düşüncələrin mahiyyətinə varırıq.

Nəsiminin Şərqin mədəniyyət xəzinəsində başlıca yerlərdən birini tutan poetik irsi Azərbaycan xalqının parlaq mədəni sərvətidir. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi dahi şairin həyat və yaradıcılığının öyrənilməsində, onun şəxsiyyətinə və poeziyasına marağın dirçəldilməsində yeni axının mənbəyi oldu.

Nəsiminin obrazı, onun faciəvi taleyi, şairin dərin, dünyaya baxışının genişliyini və humanizmini əks etdirən misilsiz bədii irsi daim ölkəmizin incəsənət xadimlərinin marağına səbəb olub. Onlar bu mövzuda çoxlu rəssamlıq və heykəltəraşlıq əsərləri yaradıb, maraqlı kinofilmlər lentə alıb, yeni sənətşünaslıq tədqiqatları hazırlayıblar.

Nəsimi mövzusunun parlaq təzahürü bəstəkarların yaradıcılığında da əks olunub. Nəsimi obrazını təcəssümü mövzusuna müraciət edən XX əsr Azərbaycan musiqisinin korifeyləri arasında ilk növbədə dahi şairin 600 illik yubileyi ərəfəsində “Nəsimi haqqında dastan” vokal-xoreoqrafik poemasını yaradan görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun adını çəkmək lazımdır. Dahi şairin faciəli taleyi ilə bağlı hadisələri real şəkildə canlandırmaq üçün bəstəkar unikal qərar qəbul edib və nəticədə ondan əvvəl heç kimin müraciət etmədiyi - orkestr musiqisini rəqs və vokal ifa (solo və xor), həmçinin poetik sözlə vəhdətini təşkil edən yeni janr yaradılıb. Bütün bu komponentlərin sintezi nəticəsində balet kompozisiyası, əslində, vokal ifanın başlaması ilə zənginləşdirilən, həmçinin səhnədəki hərəkətləri konkretləşdirməyə kömək edən Nəsiminin poetik şedevrlərinin oxunduğu partiyanın olduğu biraktlı balet yaradıldı.

“Nəsimi haqqında dastan”ın musiqisini yaradan Fikrət Əmirov, həmçinin librettonun müəllifi olan görkəmli Azərbaycan yazıçısı Anar şairin obrazının və həyatındakı hadisələrin ümumiləşdirici təcəssümü yolu ilə irəliləyiblər. Ona görə də bu əsər Nəsiminin həyatının təsvir olunması deyil, şairin dramatik taleyi, onu əhatə edən dünyanın ətalət və qəddarlıq mühitinin sərbəst şəkildə nəqlidir. Hadisələrin epik canlandırılması səhnənin arxasında oxuyan və antik teatrlarda olduğu kimi səhnə hərəkətlərini şərh edən xor ifası ilə daha da güclənir.

Baletin personajları Nəsimi, onun sevgilisi, cəlladlar, işğalçılar və xalqdır. Onların müqayisəsi və qarşılıqlı fəaliyyəti əsərin əsas qayəsini ortaya çıxarır, insan şəxsiyyətinin ləyaqətinin məğlubedilməzliyi ideyasını tərənnüm edir. Bu ideya Nəsimi yaradıcılığında daim ehtirasla təbliğ edilib.

“Nəsimi haqqında dastan” vokal-xoreoqrafik poemasının ilk tamaşası 1973-cü ilin sentyabrında - şairin 600 illik yubileyinin bayram edildiyi günlərdə Azərbaycan Opera və Balet Teatrında olub. Tamaşanın dirijoru Nazim Rzayev, rəssamı Toğrul Nərimanbəyov, baletmeysteri Nailə Nəzirova idi. Baletdə baş rollarda tanınmış artistlər Vladimir Pletnyov və Çimnaz Babayeva iştirak edirdilər. Tamaşa ikinci dəfə Bolşoy Teatrda - UNESCO-nun iştirakı ilə Nəsiminin 600 illik yubiley tədbirləri çərçivəsində nümayiş etdirilib.

“Nəsimi haqqında dastan” keçmişin milli-mənəvi mədəniyyətinin əsrlərboyu şöhrəti azalmayan dahi nümayəndəsi haqqında əsər kimi XX əsrin yaradıcı ziyalılarının ilham mənbəyi oldu. Premyeradan az bir vaxt sonra tamaşaya quruluş verən bəstəkar F.Əmirov, librettonun müəllifi Anar, quruluşçu rəssam T.Nərimanbəyov, baletmeyster N.Nəzirova, dirijor N.Rzayev, balet ustaları V.Pletnyov və Ç.Babayeva Azərbaycan Dövlət mükafatına layiq görüldülər.

Bir müddət sonra F.Əmirov özünün bu səhnə opusunun əsasında “Nəsimi haqqında dastan” adlı sırf orkestr üçün əsərini - simfonik orkestr üçün faciəli musiqisini yaratdı.

Fikrət Əmirovun əsərləri ilə paralel olaraq, həmin dövrdə dahi şairin obrazını təcəssüm etdirən bir sıra musiqi əsərləri yaradılır və konsert proqramlarında ifa olunurdu. Bunlar Cahangir Cahangirovun “Nəsimi” üçhissəli kantatası, Azər Rzayevin orkestr, bass-tar və şeir ifası üçün “Nəsimi” simfonik poeması, Əfrasiyab Bədəlbəylinin “Nəsimi” vokal-xoreoqrafik poeması, Əziz Əzizlinin eyniadlı simfonik poeması, Ədilə Hüseynzadənin xor kapellası üçün iki kompozisiyası və digər əsərlərdir. Tofiq Quliyev 1973-cü ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor Həsən Seyidbəylinin lentə aldığı “Nəsimi” tarixi kinofilminə çox gözəl musiqi yazıb. Daxili təlatüm notları və incə ifadə tərzi ilə zəngin olan, simfonik fraqmentlərin böyük rol oynadığı bu musiqi filmin uğur qazanmasına əhəmiyyətli dərəcədə kömək edib.

Yuxarıda göstərilən iri janrlarda və formalarda yazılmış əsərlərlə yanaşı, respublikamızın bəstəkarlarının yaratdıqları bir çox kamera-vokal əsərlərinin tərkibinə Nəsiminin poetik şedevrləri daxil edilib. Dahi şairin şeirlərinə gözəl mahnılar və romanslar bəstələyən müəlliflər arasında Səid Rüstəmov, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Tofiq Quliyev, Ramiz Mustafayev, Nazim Əliverdibəyov, Emin Sabitoğlu, Ramiz Mirişli, Ağabacı Rzayeva, Tamilla Məmmədzadə və digərləri olub.

Atalar sözündə olduğu kimi: “Ağac nə qədər boy atsa, kökü torpaqda olar”. Məhz bu səbəbdən uzaq orta əsrlərdən gələn Nəsimi obrazı, onun əsl sakral poeziyasının mübhəm məqamları müasir musiqi yaradıcılığında bəstəkarların xəyal gücünü coşdurmaqda davam edir. Dahi şairin əzəmətli obrazı Azərbaycanın Xalq artisti, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadənin yaradıcılığında xüsusi yer tutur. Nəsiminin ölümünün 600-cü ildönümündə bəstəkar xor, ifaçı və simfonik orkestr üçün “Nasimi Passion” möhtəşəm əsərini yaradıb. Həmin əsərdə həyatı dəhşətli edamla başa çatan böyük şair və mütəfəkkirin keçdiyi ömür yolu musiqinin dili ilə təqdim olunur.

2017-ci ilin aprelində premyerası Amsterdamda keçirilmiş bu möhtəşəm əsərin ərsəyə gəlməsinin maraqlı tarixçəsi var. Hollandiyada yerləşən tanınmış Avropa təşkilatı “Amsterdam Royal Consertgebouw” artıq bir neçə ildir ki, “Passions” (tərcüməsi ehtiraslar, əzablar deməkdir) musiqi layihəsi həyata keçirir. Bu layihənin başlıca xüsusiyyəti İ.S.Baxın musiqi sənətinə etimoloji əlavə olması və müxtəlif dinlərə həsr edilməsidir. Sözügedən layihə çərçivəsində müxtəlif mədəniyyətlər və dinləri təmsil edən görkəmli bəstəkarlara həmin mövzuda əsərlər sifariş olunur və ifa edilir. İslam dininə həsr olunmuş bu cür əsərin yaradılması haqqında söhbət getdikdə, onun müəllifi kimi bizim həmvətənimiz - dünyaşöhrətli Azərbaycan bəstəkarı Firəngiz Əlizadə seçildi. O, öz “Passion”unu dahi şair və böyük əzabkeş, həyatını humanizm ideyalarının tərənnümünə qurban vermiş Nəsimiyə həsr etdi.

“Nasimi Passion” əsərinin premyerası solistlərin, xorun və ingilis dirijoru Martins Brabbisin rəhbərliyi ilə Niderlandın Kral Simfonik Orkestrinin ifasında təqdim edildi. Nəsiminin qəzəllərinin əsasında bəstələnmiş mahnılar orijinalda - Azərbaycan dilində səsləndi, eyni zamanda konsertin gedişində ekranda tərcümə olunmuş mətn nümayiş etdirildi. Bu, tamaşaçılara imkan verdi ki, həm musiqini dinləsinlər, həm də mahnıların dərin məzmununu anlasınlar.

İlk müsəlman “Passion”nun premyerası Avropanın ən mərkəzində yerləşən zalda böyük uğurla keçdi. Üç min dinləyici bu premyeranı böyük mədəniyyət hadisəsi kimi dəyərləndirdi. “Nəsimi Passion” əsərinin Bakıda ilk ifası isə 2017-ci ilin iyununda M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında oldu. Fəxrəddin Kərimovun idarəçiliyi ilə Dövlət Simfonik Orkestri, Xor Kapellası və solistlər əsərin zəngin orkestr koloritini, miqyasını və xor partiyalarının məzmununu, solistlərin monoloqlarının bütün dərinliyini tam şəkildə əks etdirdilər və dinləyicilərə dahi şair və mütəfəkkirin parlaq obrazının incəliklərini çatdırdılar.

Həmin il UNESCO-nun Parisdəki mənzil-qərargahında Nəsiminin ölümünün 600 illiyi münasibətilə keçirilən təbirlər çərçivəsində Firəngiz Əlizadənin musiqisi əsasında daha bir əsər - “Nəsimiyə ithaf” tamaşası təqdim olundu. Bu quruluş iki məşhur kamera əsərinin əsasında yaradılmış balet-konsertdir. Onlar bəstəkarın “Muğamsayağı” əsərinin və Amerikanın “Kronos” kvartetinin sifariş etdiyi və Yo-Yo Ma “İpək Yolu” transkontinental layihə üçün məxsusi yazılmış “Dərviş” musiqisinin vəhdətidir. Bu əsərlərin əsasında hazırlanan xoreoqrafik tamaşa dinləyicilərə təkcə musiqi ifaçılarını görmək deyil, həmçinin beş rəqqasın oynadığı səhnə hərəkətlərini müşahidə etmək imkanı yaradır. Burada Nəsimi obrazı daim həqiqəti axtaran və ədalət uğrunda mübarizə aparan kontekstdə təqdim olunub. Şair qara geyimlərdə olan iki personaj şəklində təqdim edilmiş “şər qüvvələri” dəf etməyə məcbur olur. Onlara qarşı özlərinin ağ romantik geyimləri ilə parlaq təzad təşkil edən iki qadın rolu - “xeyir qüvvələr” dayanır. Tamaşanın finalında Nəsiminin mistik və sehrli obrazının vasitəsilə xeyirin şər üzərində qələbəsi nümayiş etdirilir.

Firəngiz Əlizadənin musiqi-teatr kompozisiyasında klassik və milli musiqi ənənələrimizin, muğamın və bəstəkar üslubunun müasir vasitələri ustalıqla sintez olunub. Bir tərəfdən qədim alətlər, digər tərəfdən isə video-installyasiyalar vasitəsilə tamaşanın innovasiya formasında müşayiət olunması əsərə xüsusi kolorit verir.

Tanınınmış xoreoqraf Nailə Məmmədzadənin baletə verdiyi quruluşda Nəsimi obrazını Anar Mikayılov, şər obrazlarını Anar Tahirov və Eduard Arazov, xeyir obrazlarını Cəmilə Kərimova və Tamilla Məmmədzadə ifa ediblər. Musiqinin ifa olunmasında tanınmış xanəndə, Azərbaycanın Əməkdar artisti Teyyub Aslanov, istedadlı skripkaçılar, beynəlxalq müsabiqələrin laureatları Elvin Qəniyev, Elina Drux, violonçel ustası Orxan Hüseynov və digərləri iştirak ediblər. Onların çıxışları sürəkli alqışlarla qarşılanıb.

“Nəsimiyə ithaf” əsərinin Parisdə keçirilmiş premyerasından sonra tamaşa Bakıda keçirilmiş VI Beynəlxalq Humanitar Forumu və “Muğam dünyası” V Beynəlxalq Musiqi Festivalı çərçivəsində qonaqlara və iştirakçılara göstərilib və onların gurultulu alqışları ilə qarşılanıb. Firəngiz Əlizadənin parlaq musiqi əsəri dinləyicilərə Nəsimi dünyasına daha dərin nüfuz etməyə, onun geniş emosional təsiri isə onlara dahi şairin yaradıcılığına geniş maraq göstərməyə vadar edib.

2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Bəstəkarlar İttifaqı bu yaradıcılıq ittifaqının üzvü olan, həmçinin üzv olmağa hazırlaşan gənclərin cəlb olunduğu yeni layihəyə dair təşəbbüs irəli sürüb. Layihənin iki əsas məqsədi var. Onlardan biri gənclərin diqqətini Nəsiminin tükənməyən yaradıcılığına cəlb etmək, ikincisi isə, Üzeyir Hacıbəylinin təkrarolunmaz “Sənsiz” və “Sevgili canan” romans-qəzəlləri ilə əsası qoyulmuş musiqili qəzəl janrının dirçəldilməsinə kömək etməkdir.

Hazırda gənc bəstəkarlar özlərinin kamera-vokal əsərləri üzərində fəal iş aparırlar. Onlardan ən yaxşıları cari ilin iyununda keçirilməsi nəzərdə tutulan iki konsert layihənin proqramına daxil ediləcək. Ümidvar olmaq istərdik ki, bu “musiqi hədiyyələri” Nəsiminin zəngin fantaziyasını bir daha açmağa, habelə gənc yaradıcıların kreativliyi vasitəsilə onun poeziyasının bütün gözəlliyini müasir musiqi dil ilə çatdırmağa kömək edəcək.

Natalya Dadaşova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub