Niderlandda pandemiya ilə bağlı məhdudiyyətlər aprelin 20-dək uzadılıb
Haaqa, 24 mart, AZƏRTAC
Niderland Krallığında COVID-19 epidemiyasına yoluxanların sayı yenidən artdığı üçün pandemiya ilə bağlı mövcud məhdudiyyətlərin tətbiqi aprelin 20-dək uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Niderland Baş naziri Mark Rutte deyib. Bildirib ki, Niderlandda COVID-19 epidemiyasına qarşı mübarizə aparmaq üçün mövcud məhdudiyyətlər aprelin 20-dək qüvvədədir. Yalnız ölkə yay vaxtına keçdiyinə görə komendant saatının müddəti 1 saat azalaraq axşam saat 22-dən səhər saat 4:30-dək davam edir.
“Aktual vəziyyət çox narahatedici olduğu üçün mövcud məhdudiyyət qaydaları hələ davam edəcək”, - deyən M.Rutte xəstəxanada koronavirus xəstələrinin sayının artdığını bildirib. Ölkədə son sutkada 5636 yeni yoluxma qeydə alınıb.
Xatırladaq ki, COVID-19 pandemiyası başlayandan 17 milyon əhalisi olan Niderlandda 1,2 milyon yoluxma və 16 339 ölüm faktı qeydə alınıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]