Nigeriyada dəfn mərasiminə silahlı basqın nəticəsində 65 nəfər ölüb
Bakı, 29 iyul, AZƏRTAC
Nigeriyanın şimal-şərqində bir dəfn mərasiminə silahlı basqın nəticəsində 65 nəfər ölüb. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, insident Borno əyalətinin paytaxtı Maidiquri yaxınlığındakı Nqanzai rayonunda baş verib.
Yerli hökumətin başçısı Məhəmməd Bulama bildirib ki, terrorçu “Boko Haram” təşkilatının üzvləri dəfn mərasiminə toplaşmış insanlara avtomat silahlardan atəş açıblar. Buradakı 21 nəfəri öldürən terrorçular qaçmağa çalışan daha 44 nəfəri kəndin ətrafında qətlər yetiriblər. Yaralanan 10 nəfərin 9-nun vəziyyətinin ağır olduğu bildirilir.
“Boko Haram” terror təşkilatı son on ildə Nigeriyanın şimalında öz düşərgələrini yaradıb. Bütün Afrika ərazisində şəriət qanunlarını tətbiq etmək istədiyini bəyan edən bu terror təşkilatı kilsələrə hücumlar təşkil edir, qadınları və uşaqları girov götürür. BMT-nin qaçqınların işi üzrə agentliyi bildirib ki, onların törətdikləri terror aktları nəticəsində bu ilin yanvarında 30 min nigeriyalı ölkəni tərk edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]