Nigeriyanın cənubunda Lassa qızdırması 13 nəfərin ölümünə səbəb olub
Bakı, 17 fevral, AZƏRTAC
Nigeriyanın cənubundakı Edo əyalətində azı 13 nəfər Lassa qızdırması səbəbindən ölüb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ştat hökuməti bu infeksiyaya ötən il dekabrın 30-dan etibarən 83 yoluxma hadisənin qeydə alındığını təsdiqləyib.
Bildirilib ki, yüksək ölüm nisbətinin əsas səbəbi insanların xəstəxanaya ağırlaşmış və gecikmiş halda müraciət etməsidir. Qeyd edilib ki, əgər qızdırma 72 saatdan çox davam edərsə, mütləq tibbi yardım müəssisələrinə yaxınlaşmaq lazımdır.
Xatırladaq ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 2024-cü ildə Nigeriyada Lassa qızdırmasından 214 nəfər ölüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]