NORVEÇ KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB YENS STOLTENBERQƏ
Hörmətli cənab Baş nazir,
Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və bütün Norveç xalqını ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Norveç əlaqələri üçün səciyyəvi olan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 may 2006-cı il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]