NORVEÇİN KRALI ƏLAHƏZRƏT V HARALDA
Əlahəzrət,
Ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Baki, 11 may 2006-cı il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]