Nur Xolis: Quba soyqırımı məzarlığında gördüklərimiz dəhşətli mənzərədir
Quba, 22 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba soyqırımı məzarlığında gördüklərimiz dəhşətli mənzərədir. Mən ötən əsrin əvvəllərində burada nələrin baş verdiyini bilmək istərdim. Qubada törədilən soyqırımı barədə bütün həqiqətlər tam dəqiqliyi ilə üzə çıxarılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 22-də jurnalistlərə müsahibəsində Quba soyqırımı məzarlığını ziyarət edən İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis deyib.
O qeyd edib ki, törədilən soyqırımları unudulmamalı, qanlı hadisələrin səbəbləri öyrənilməli və bu barədə bütün dünya ictimaiyyəti məlumatlandırılmalıdır. Bu, gələcəkdə qanlı hadisələrin, soyqırımlarının bir daha təkrar olunmaması üçün olduqca əhəmiyyətlidir. İndiki dünyada bütün xalqlar tolerant mühitdə, mehriban dostluq münasibətləri və sülh şəraitində yaşamalıdırlar.