Ödənişli avtomobil yollarına görə vəsaitin bölgüsünün hüquqi əsasları yaradılır
Bakı 1 fevral, AZƏRTAC
Ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsasları yaradılır.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənir və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurumun bu məqsədlə açılmış bank hesabına köçürülür. Bu vəsaitin bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən müəyyən ediləcək.
Sənəd layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi avtomagistraldan ödənişli yol kimi istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiq edəcək.
Layihədə ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsasları öz əksini tapıb.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.