Oksford Universitetinin əməkdaşları Salyan rayonundakı tektonik qırılmalar sahəsinə səfər ediblər
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Oksford Universitetinin nümayəndələri - professor Riçhard Voalker və universitetin əməkdaşı İan Pierce Salyan rayonu ərazisində olan tektonik qırılmalar sahəsinə səfər ediblər.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, səfər çərçivəsində britaniyalı qonaqlar tektonik qırılmalar sahəsi ilə yaxından tanış olublar. Qeyd edək ki, bu qırılmalar Oksford Universitetinin əməkdaşları tərəfindən INSAR texnologiyalarından istifadə etməklə kosmosdan çəkilmiş şəkillər əsasında apardıqları tədqiqatlar zamanı əldə olunub.