“OLİMPİK” UEFA KUBOKU TURNİRİNDƏ MÜBARİZƏNİ DAYANDIRDI
AZƏRTAC xəbər verir ki, iyulun 31-də Bakının “Olimpik” futbol klubu UEFA kuboku turnirinin birinci təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Serbiyanın “Voyvodina” komandası ilə cavab görüşü keçirmişdir.
Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə qapılara qol vurulmamışdır. İkinci hissəyə daha fəal başlayan meydan sahibləri nəhayət 50-ci dəqiqədə Roman Axalkatsinin qolu sayəsində hesabı açdılar. Qoldan sonra oyunda dönüş yaratmağa çalışan serbiyalılar tədricən üstünlüyü ələ keçirdilər. 87-ci dəqiqədə “Olimpik”in qapısına təşkil olunan növbəti hücumdan sonra “Voyvodina”nın futbolçusu İqor Duriç hesabı bərabərləşdirdi.
Bu komandalar arasında Serbiyada keçirilən ilk oyunda “Voyvodina” 1:0 hesabı ilə qalib gəldiyindən iki oyunun nəticəsinə əsasən, növbəti mərhələyə məhz Serbiya komandası vəsiqə qazandı.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]