OLİMPİYA KƏNDİNDƏ AZƏRBAYCANIN BAYRAĞI QALDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, avqustun 7-də Bakı vaxtı ilə saat 07.00-da, Pekindəki Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi olmuşdur.
Mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri - gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Yaşar Əliyev və digər rəsmi şəxslər iştirak etmişlər.
Mərasimi Pekin Olimpiya kəndinin meri açmışdır. O, “Bir arzu, bir dünya” şüarını deviz seçmiş Pekin Olimpiadasında Azərbaycan nümayəndə heyətini salamlamışdır.
Azərbaycan nümayəndə heyətinin şef-demisionu İlham Mədətov tribunaya dəvət olunmuş və Olimpiya kəndində ölkəmizin dövlət himninin sədaları altında Azərbaycanın bayrağı qaldırılmışdır.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]

