Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkənin ilk veb-portalı science.az 25 illik yubileyini qeyd edir

Bakı, 13 iyun, AZƏRTAC

“Mətbuat cəmiyyətin güzgüsüdür” - XIX əsrin qabaqcıl ziyalısı, Azərbaycanda ilk mətbu orqanın yaradıcısı Həsən bəy Zərdabinin müəllifi olduğu, mətbuat işçilərinin amalına çevrilən bu ifadə müasir dövrümüzdə də aktuallığını, təsir qüvvəsini qoruyub saxlamaqdadır. Azərbaycan mətbuatı mürəkkəb və keşməkeşli inkişaf yolu keçmişdir. Həsən bəy Zərdabinin 1875-ci ildə nəşrinə başladığı, ilk mətbu nümunəmiz olan “Əkinçi” sonradan neçə-neçə qəzetin, müxtəlif jurnalistika məktəblərinin yaranmasına yol açıb. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının təməl daşı olub. Bundan sonra Azərbaycanın ictimai həyatında bir-birinin ardınca mühüm hadisələr baş verib. Milli radio və televiziyamızın yaranmasında da “Əkinçi” qəzetinin əsasını qoyduğu ənənələrin böyük rolu olub.

“Əkinçi”nin nəşrindən düz 120 il sonra, 1995-ci ildə ölkəmizdə ilk veb-sayt - science.gov.az www.ab.az adı altında fəaliyyətə başladı. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən yaradılmış sayt 145 illik tarixi olan Azərbaycan mətbuatının inkişafında yeni səhifə açdı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova söyləyib. O bildirib ki, müasir dövrümüzün elektron əkinçisi hesab olunan science.az bu gün ölkənin internet-media orqanları arasında öz çəkisinə, əhatə genişliyinə görə seçilən və böyük oxucu kütləsinə malik portallardandır. Yarandığı gündən Azərbaycanın media məkanında özünəməxsus yer tutan bu resurs ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. İyirmi beş ildir ölkədə, o cümlədən AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin elmi nailiyyətləri məhz bu sayt vasitəsilə ölkə ictimaiyyətinə çatdırılır. Bu gün science.gov.az-ın peşəkar mütəxəssisləri AMEA-da fəaliyyət göstərən alim və tədqiqatçıların nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradırlar. Təkcə AMEA-da deyil, həm də respublika və dünya elmi ictimai mühitində baş verən yeniliklər, maraqlı məlumatlar portalın əməkdaşları tərəfindən operativ əldə edilərək cəmiyyətə ötürülür.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən science.az bütün dünyada oxunur. Portal həm də AMEA-da alimlərin dünyanın tanınmış elmi qurumları ilə əlaqələr yaratması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də kadr və təcrübə mübadiləsinin aparılması üçün vasitəçi rolunu oynayır. Science.az onlarla jurnalist, veb-dizayner və veb-proqramçıların yetişdirilməsində də böyük rol oynayıb. Ölkənin müxtəlif ali məktəblərindən olan tələbələr burada təcrübə keçərək zəruri biliklərə yiyələnirlər. Bu faktlar portalın ölkəmizdə ilk internet-jurnalistika məktəbi olduğunu təsdiq edir. Böyük informasiya-sorğu sistemi olan veb-portalda AMEA-nın bütün struktur bölmələri, həqiqi və müxbir üzvləri, institut və təşkilatlarında çalışan elmlər və fəlsəfə doktorları, eləcə də Azərbaycanın nüfuzlu alimlərinin həyat və fəaliyyəti, elm sahəsində əldə etdikləri nailiyyətlər haqqında məlumat əldə etmək mümkündür.

2015-ci ilin dekabrında science.az-ın yaranmasının 20-ci ildönümü münasibətilə təntənəli yubiley tədbiri təşkil edilib, yığıncaqda portalın yaranması və inkişafında xüsusi rolu olan əməkdaşlar “AMEA-nın Fəxri Diplomu” ilə təltif olunublar. Bu il isə science.az 25 yaşını qeyd edir. Bu rəqəm bir internet-media orqanı üçün heç də kiçik rəqəm deyil. 25 il ərzində portal Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, eləcə də dünya və ölkə elmində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandırıb və təbliğ edib.

Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra bütövlükdə akademiya ilə yanaşı, science.az-ın həyatında da yeni bir mərhələnin əsası qoyulub. AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin strukturunda dəyişikliklər edilib, idarəetmə sistemi modernləşdirilib. Portalın işini daha da təkmilləşdirmək və oxunaqlığını artırmaq məqsədilə digər media orqanları ilə əlaqələr gücləndirilib, xəbərlərin stilində dəyişikliklər edilib. Hazırda portalın yeni versiyasının hazırlanması ilə bağlı tədbirlər görülür. Əsas məqsəd innovativ texnologiyaları tətbiq etməklə portalı müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurmaq, onun dizayn və proqram təminatını təkmilləşdirməkdir. Science.gov.az koronavirus pandemiyası dövründə də mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirib, ölkə ictimaiyyətini məlumatlandırmaqda davam edib. Portalda hər gün AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının xüsusi karantin rejiminə uyğun olaraq gördüyü işlər, eləcə də dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatlar işıqlandırılıb. Əminliklə demək olar ki, Azərbaycan elminin carçısı olan science.az çoxillik fəaliyyəti dövründə ölkənin elmi-ictimai həyatının bütün sahələrinə nüfuz edərək oxucuların rəğbətini və etimadını qazanmağa nail olub. Portal bu gün informasiya texnologiyalarının sürətli inkişafı səbəbindən hər gün artmaqda olan media orqanları sırasında öz populyarlığını qoruyub saxlamaqdadır. Azərbaycan elminin təbliği kimi şərəfli bir missiyanı böyük məsuliyyət və peşəkarlıqla yerinə yetirən, ölkə elminin beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilməsində danılmaz xidmətləri olan science.az bu yolu hələ uzun illər davam etdirəcək. 25 yaşımız mübarək!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib