Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkənin inkişafı, xalqın rifahı və qələbəyə hədəflənən siyasət

Ölkənin inkişafı, xalqın rifahı və qələbəyə hədəflənən siyasət

Bakı, 27 iyul AZƏRTAC

1980-ci illərin sonlarından başlayan erməni terroru, Moskvanın buna səssiz dəstəyi, o vaxtın hakimiyyətinin qətiyyətsizliyi çox faciəvi hadisələrə gətirib çıxardı. Ölkəmiz 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa etdi və bildiyimiz kimi həmin illər müasir tariximizin ən ağır vaxtları idi. İqtisadiyyat dərin böhran içərisində idi, peşəkar ordu yox idi və Birinci Qarabağ müharibəsi faktiki olaraq başlanmışdı. Xalqımız Qarabağ şüarı altında düşmənə qarşı mübarizə apararkən buna dəstək əvəzinə Xalq Cəbhəsi - Müsavat tandemi dövlət çevrilişi edərək faktiki olaraq ölkəni vətəndaş müharibəsi qarşısında, Qarabağda döyüşən əsgərlərimizi isə dəstəksiz qoydular. Beləliklə, müstəqillik elan edildikdən cəmi iki il sonra ölkəmizin mövcudluğu artıq təhlükə altında idi. Ölkənin xilas edilməsi üçün xalqın xahişi ilə 1993-cü ildə Heydər Əliyev Bakıya dəvət alaraq ölkənin Prezidenti səlahiyyətlərini icra edir və bu tarixdən ölkəmizin inkişafı başlayır.

Ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin prezidentliyinin son on illiyində ölkəmiz mühüm nailiyyətlər əldə etmişdir. Bu nailiyyətləri nəzərdən keçirdikdə bəzən bunları inanılmaz kimi qiymətləndirə bilərik, çünki cəmi on ilə ölkəmiz digər ölkələrin iyirmi, otuz il müddətinə qazana bilmədiklərini əldə edib. Ölkənin inkişafı və işğal altında olan torpaqlarımızın azadlığına aparan yolun keçmiş on illiyi mühüm hadisələrlə və nailiyyətlərlə zəngin idi.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən nailiyyətlərlə bağlı baxışlarını AZƏRTAC-la bölüşüb.

Partiya sədri deyib: “Fikrimcə, ölkənin davamlı inkişafı üçün uğurlu daxili və xarici siyasət həyata keçirilməlidir. Daxili və xarici siyasətin başqa hədəfləri olsa da, onlar bir-birindən asılıdırlar və birlikdə kompleks şəklində ölkənin inkişaf istiqamətini və beynəlxalq aləmdə yerini formalaşdırırlar. Biz digər ölkələrin həyatını, baş verən hadisələri nəzərdən keçirəndə görürük ki, uğurlu daxili və xarici siyasətin keçirilməsində vacib olan tarazlığı qorumaq olduqca çətindir. Qonşu və uzaq ölkələrdə baş verən hadisələrə nəzər salaraq ölkəmizdə sabitliyin və əmin-amanlığın olduğunu görürük və bu da şübhəsiz ki, dövlətin apardığı savadlı və düzgün proqnozlaşdırılmış siyasətin nəticəsidir. Hesab edirəm ki, buna nail olmağın əsas dörd istiqaməti var: Bunlar xalqın sosial rifahının yüksəldilməsinə xidmət edən iqtisadi inkişaf, uğurlu siyasət, təhsil və gənclərlə iş və güclü ordudur.

Ölkəmizdə əhalinin yaşayış səviyyəsinin daimi olaraq artırılmasına xidmət edən sosialyönümlü iqtisadiyyat inkişaf etdirilməkdədir. Milli iqtisadiyyatın davamlı inkişafı üçün Azərbaycan BMT-nin “Minilliyin İnkişaf Məqsədləri”nə qoşulmuşdur. Müstəqilliyimizin ilk illərindən ölkəmiz iqtisadi azadlığını itirsə də, sonradan iqtisadiyyatını, sənayesini yenidən bərpa etdi. Azərbaycan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında 178 ölkə arasında 38-ci yerdə qərarlaşmışdır. 2010-cu ildə Azərbaycan İndeksdə 96-cı yerdən 58 pillə irəliləyərək 2021-ci ildə 38-ci yerdə qərarlaşmışdır. Azərbaycan ilk dəfə “Orta dərəcədə azad” (“Moderately Free”) ölkələr kateqoriyasından “Əsasən azad” (“Mostly Free”) ölkələr kateqoriyasına yüksəlmişdir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 60 faizlik hissəsini Azərbaycan əhatə edir. 2010-cu ildən əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul (ÜDM) 4753 manatdan 7263 manata çatmışdır. Dövlət büdcəsinin gəlirləri 2,1 dəfə artaraq 11,4 milyard manatdan 24,7 milyard manata çatmışdır. 2015-ci ildə dünyada baş vermiş böhran və neftin qiymətinin kəskin ucuzlaşmasına görə Azərbaycan iqtisadi sabitliyi qorumaq üçün bir müddət öz valyuta ehtiyatlarından istifadə etmək məcburiyyətində qaldı, lakin sonradan aparılan iqtisadi islahatlar nəticəsində valyuta ehtiyatları daha da artırıldı və hazırda bu göstərici 51,2 milyard ABŞ dollarına çatmışdır. 2016-cı ildə Prezident İlham Əliyev öz çıxışlarında vurğuladı ki, artıq dünyada yeni iqtisadi reallıq formalaşır, neft sonrası dövr yaxınlaşır və biz öz inkişaf strategiyamızı neft və qaz olmadan formalaşdırmalıyıq. İqtisadiyyatımızın bu sahədən asılılığı azaldılmalıdır. İqtisadi islahatlar aparılmadan ölkənin davamlı inkişafına nail olmaq mümkün deyil, buna görə də ölkənin əsas məqsədlərindən biri qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu gün qeyri-neft iqtisadiyyatının həcmi 1,6 dəfə artaraq 2020-ci ildə 50,8 milyard manat, ixracda qeyri-neft sektorunun payı isə 7,4 faizdən 13,7 faizə çatmışdır. Həmçinin qeyri-neft sənayesində məhsul istehsalı 5 milyard manatdan 12 milyard manata çatmışdır (real həcmdə 2,4 dəfə artım). Pandemiya və xarici təsirlərə baxmayaraq qeyri-neft sənayesi ən yüksək templərlə artıb (2020-ci ildə 12,5 faiz). Qeyd edək ki, 2010-2020-ci illərdə iqtisadiyyata 211,2 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Bu məbləğin yarısı xarici investorlar tərəfindən həyata keçirilib. Qoyulmuş investisiyaların 130 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Ölkəyə xarici investisiyaların cəlb edilməsini daha da əlverişli edəcək Ələt Azad İqtisadi Zonası fəaliyyətə başlamışdır.

Hazırda ölkədə ümumi daxili məhsulun yarısından, o cümlədən qeyri-neft iqtisadiyyatının 25 faizdən çoxu sənaye sahələrində istehsal olunur. Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanaraq icra edilir. Sənaye sahələri modernləşdirilərərk strukturu təkmilləşdirilmiş, sənayedə istehsalın şaxələndirilməsi genişləndirilmiş, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye parkları və sənaye məhəlləsi fəaliyyətə başlamışdır. Son illər sənaye parklarında 10 minə yaxın iş yeri açılmışdır. Qeyri-neft sənayesinin əsas halqalarını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılmışdır. 2020-ci ildə sənaye zonalarında 1,3 milyard manat həcmində istehsal olmuş, bunun 55 faizi ixrac olunmuşdur. Güclü müdafiə sənayesinin qurulması istiqamətində 50-yə yaxın yeni istehsal sahəsi yaradılmış, həmçinin hərbi təyinatlı məhsullarla yanaşı, mülki məmulatların da istehsalı təşkil edilmişdir. Ölkənin ərzaq təhlükəsizliyini təmin edən ərzaq məhsullarının istehsalı sahəsində müxtəlif bölgələrdə süd kombinatları, konserv zavodları və digər müəssisələr istismara verilmişdir.

Son 10 ildə qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 20 faizə qədəri kənd təsərrüfatında istehsal edilmişdir. Aqrar sahəyə dövlət dəstəyi, o cümlədən maliyyələşmə mexanizmi təkmilləşdirilmiş, aqrar sığorta inkişaf etdirilmiş və investisiyaların cəlbi üzrə stimullar sistemi formalaşdırılmışdır, aqrar istehsalın texnika və istehsal vasitələri ilə təminatı səviyyəsi yaxşılaşdırılmış, əlçatanlığın artırılması üzrə institusional islahatlar aparılmışdır. Beləliklə, kənd təsərrüfatında müasir texnologiyaların intensiv tətbiqinə nail olunmaqla bərabər, məhsuldarlığın və ixracın artırılmasını trendə çevrilmişdir.

Ölkənin təhlükəsizliyi və inkişafı üçün vacib olan enerji sektoru haqqında da bəzi məqamlara diqqət yetirməliyik. Elektroenergetika sahəsində fəaliyyətin dayanıqlığı artırılmış, texnoloji bazası gücləndirilmiş və infrastrukturu təkmilləşdirilmişdir, son on ildə elektrik enerjisinin istehsalında 27,6 faiz artıma nail olunub və istehsal 25 811,2 milyon kilovat saata çatdırılıb. Bu gün ölkəmiz enerji ixracatçısına çevrilmişdir. Kənardan törədilən maneələrə baxmayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi sahədə parlaq qələbələrindən biri olan təbii qazın Türkiyəyə və Avropaya ixracını təmin edən genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri icra edilmişdir. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinin artırılması üçün alternativ və bərpa olunan enerji mənbələri üzrə infrastruktur, bu sahədə özəl sektorla əməkdaşlığı genişləndirilmişdir. Getdikcə daha da aktuallaşan “yaşıl” energetikanın inkişafı, həmçinin son zamanlar perspektivli görünən “yaşıl hidrogen”in istehsalı məsələsi də dövlətin diqqət mərkəzindədir.

Son 10 il ərzində ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilmiş və əsas ticarət marşrutlarından bəhrələnməkdədir. Nəqliyyat sektorunun bütün sahələrində xidmət infrastrukturları modernləşdirilmiş, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilərək çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuşdur. TRASEKA, "Şimal-Cənub" kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri həyata keçirilmişdir. Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istifadəyə verilmişdir, Şərq-Qərb dəhlizinin əsas alternativi olan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu hesabına Azərbaycan ərazisindən yükdaşımaların həcmi artmışdır. Liman infrastrukturu, inkişafı üzrə logistika yaxşılaşdırılmış, limanlarda tranzit yük daşıması üstünlüyünə nail olunmuşdur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın və Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində logistika qovşağının yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyər artırılmışdır.

Ölkədə son 10 ildə telekommunikasiya infrastrukturunun yenilənməsi layihəsi həyata keçirilmiş, bütün istiqamətlərdə müasir texnologiyaların tətbiqinə nail olunmuşdur. Mərkəzləşdirilmiş İT resurs funksiyasını yerinə yetirən Regional Data Mərkəzi istifadəyə verilmişdir. Daimi diqqətlə əhatə edilən İKT sektorunun inkişafı nəticəsində bu gün ölkə əhalisinin yaşadığı ərazilərin 99,7 faizi açıq paketlə (8-12 TV proqram) sosial rəqəmli televiziya yayımı ilə əhatə olunmuşdur, əhalinin 81 faizi internet istifadəçisidir. “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri orbitə çıxarılmışdır və bununla da ölkəmiz kosmik ölkələr sırasına daxil olmuşdur. Müəyyən hallarda bürokratik süründürməçiliyi və korrupsiya imkanlarını aradan qaldırmaq və ölkə vətəndaşlarına daha operativ və yüksəkkeyfiyyətli xidmət göstərmək üçün “Elektron hökumət” portalı yaradılmışdır. Portalda 40-dan artıq dövlət qurumunun xidmətləri vətəndaşlara təqdim olunub, elektron xidmətlərə artan tələbat fonunda e-imzanın istifadəsi təkmilləşdirilərək “elektron imza” tokenləri yaradılmışdır, həmçinin nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron hökumət ödəniş sistemi - “E-gov Pay” yaradılaraq istifadəyə verilmişdir. Korrupsiya ilə mübarizədə ən vacib islahatlardan biri olan dövlət xidmətlərindən vətəndaş məmnunluğunu əhəmiyyətli dərəcədə artıran “ASAN xidmət” mərkəzləri Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan qurumlardan biridir.

Təbii ki, səmərəli iqtisadi inkişafın təmin edilməsində maliyyə - bank sektorunun böyük rolu var, və bu sahədə aparılan islahatlar çox vacibdir. Makroiqtisadi sabitliyin formalaşmasına və davamlı olmasına, maliyyə infrastrukturunun inkişafına nail olunmuşdur, İnflyasiyanın aşağı səviyyədə (2020-ci ilin sonunda 2,8 faiz) olması əhalinin gəlirlərinin artmasını və investisiya iqliminin yaxşılaşmasını təmin etmişdir. Fiskal dayanıqlılığın gücləndirilməsi, gəlirlərin sabitliyinin təmini, xərclərin səmərəliliyinin artırılması, dövlət borcunun düzgün idarə edilməsi istiqamətində də islahatlar aparılmışdır.

Sahibkarlığın inkişafını təmin etmək üçün mühüm addımlar atılmışdır, bunlardan fəaliyyət üçün lazım olan lisenziyaların, aparılan yoxlamaların sayının azaldılması, müəyyən məlumatların dövlət orqanlarına ötürülməsinin elektronlaşdırılmasını qeyd etmək olar. Kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılmış, 20 şəhər və rayonda 25 KOB Dostu ofisi fəaliyyət göstərir. Həmçinin KOB layihələrinin güzəştli maliyyələşmə mexanizmi də yaradılmışdır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərə çıxış asanlaşdırılmışdır. Güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizə endirilmişdir. 2010-2020-ci illər ərzində investisiya layihələrinin ümumi dəyəri 5 milyard manat olan 28 min 700-dək sahibkara 2,1 milyard manat kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 90 mindən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. Həmçinin pandemiyadan zərərçəkmiş sahələrə dəstək məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən dövlət zəmanətli və faiz subsidiyalaşdırılması mexanizmi ilə kreditlərin verilməsi həyata keçirilir.

Dövlətin sosial təminat və sosial müdafiə sahəsində son on ildə apardığı islahatlar nəticəsində ölkədə minimal əməkhaqqı, orta əməkhaqqı, pensiya və təqaüdlərin məbləği ildən-ilə artmaqdadır.

Daxili və xarici uğurlu siyasət əsas prioritetlərdən biridir. Ölkəmizdə baş tutan qarşılıqlı siyası dialoq prosesi daxili siyasət üçün çox vacibdir, ölkədə mövcud olan problemlərin müxtəlif baxış nəticəsində konsensusla həll edilməsi, beynəlxalq siyasi aləmdə ölkəyə qarşı yönələ biləcək hər hansı hərəkətlərə adekvat siyasi qüvvələrinin bir mövqedən çıxış edərək birlik nümayiş etdirməsi vacib məqamdır, və bu dialoqun həyata keçirilməsi sözsüz ki, Prezident İlham Əliyevin böyük nailiyyətlərindən biridir. Prezident İlham Əliyev xalqın şəksiz lideridir, və onun siyasəti xalqın tam dəstəyinə arxalanır.

Son illər beynəlxalq siyasi aləmdə baş verən transformasiyalar nəticəsində dünya daha təhlükəsiz olmaq əvəzinə daha da təhlükəli oldu. Beynəlxalq münasibətləri tənzimləyən prinsiplər işləmir və dünya sankı XXI əsrdə XX əsrin əvvəllərinə qayıdaraq güc hökmü sürməyə başladı. Bunlara çox nümunə gətirmək olar, amma ölkəmizə təcavüz edən, Xocalıda soyqırımı törədən, torpaqlarımızın 20 faizini işğal edən Ermənistana qarşı sanksiyalar tətbiq edilmirdi. Halbuki, dünyanın hegemon dövlətlərinə lazım olanda müəyyən ölkələrə qarşı sanksiyalar bir neçə saat ərzində tətbiq edilirdi.

BMT-nin dörd qətnaməsi kağız üzərində qalmaqda idi, halbuki lazım olanda qətnamələr bir neçə saat ərzində icra edilirdi. Bütün bunlara baxmayaraq ölkəmiz uğurlu beynəlxalq siyasət aparır, bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qurur. Son on ildə ölkəmiz siyasi aləmdə böyük uğurlara imza atıb, bir çox təşkilatlara üzv olub, ölkəmizdə bir çox mühüm görüşlər, digər ölkələrin liderlərinin iştirakı ilə təşkilatların iclasları təşkil edilib. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir. Bu yol uzun bir yol olub, biz müstəqilliyin ilk illərinə nəzər salsaq görərik ki, beynəlxalq aləmdə ölkəmiz haqqında ya məlumatsız ya da ki, düşmənin siyasi oyunları nəticəsində tam təhrif olunmuş məlumatlar var idi. Bütün bunlar tədricən qaydasına düşərək ölkəmiz haqqında həqiqət dünyaya çatdırılırdı. Bu gün vəziyyət tam olaraq dəyişib, və bu nailiyyətlərdə Prezident İlham Əliyevin rolu çox böyükdür. Son on ildə Qarabağla bağlı Avropa Parlamentinin qəbul etdiyi 7 qətnamə, Qoşulmama Hərəkatının çoxlu sayda kommunikeləri, NATO-nun Zirvə toplantılarının yekun sənədləri, İslam Əməkdaşlıq Təşkilatının sənədləri, Xocalı soyqırımı ilə bağlı 16 ölkənin qəbul etdiyi sənədləri, ABŞ-ın 20 ştatının qəbul etdiyi sənədləri misal gətirmək olar. Son on ildə ölkəmizin və ölkəmizdə açılan çoxlu sayda ölkələrin səfirlikləri və konsulluqları digər ölkələrlə qurulan dost münasibətlərinin sübutudur.

Ordu sahəsində ölkəmiz öz silahlı qüvvələrini sıfırdan qurdu və bu quruculuğun böyük bir hissəsi son on ilin payına düşdü. Ordunun inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Son on il ərzində bir çox hərbi hissələr yenidən quruldu, əsgərlərimizin qulluq şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Son on ildə müxtəlif istehsal olan ən müasir texnika və silahların alınması, hərbi ali məktəblərin yaradılması, digər ölkələrlə qurulmuş hərbi sahədə əməkdaşlıq çərçivəsində müxtəlif hərbi təcrübələrin öyrənilməsi, ölkənin Müdafiə sənayesinin yaradılması bugünkü peşəkar, güclü Azərbaycan ordusunun yaradılmasının əsası idi.

Qeyd edilənlər böyük bir yolun, bir strategiyanın onillik dövrünü əhatə edir, düzdür, son on ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən nailiyyətləri, uğurları bir məqalə ilə əhatə etmək mümkün deyil, ancaq mən çalışdım əsas məqamları diqqətinizə çatdırım. Çünki bunlar vurğuladığım kimi bir-birindən asılı olan proseslərdir. Güclü dövlətin iqtisadiyyatı güclü olmalıdır, iqtisadiyyatın güclü olmasında peşəkar kadrların rolu böyükdür, bunun üçün təhsil islahatları aparılmalıdır, güclü təhsil və güclü iqtisadiyyatı olan ölkənin cəmiyyəti də vətənpərvər olur. Bunlarla bərabər ölkənin güclü ordusu olmalıdır. Bütün bunlar Prezident İlham Əliyevin ölkəni apardığı yol xəritəsidir, həmin yol ki, bizi Qələbəyə gətirib çıxardı. İlk olaraq, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt zəfəri, və nəhayət, işğal altında olan torpaqların tam azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi.

Hazırda Azərbaycan üçün yeni dövr başlayıb, və bu dövrə ölkəmiz Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla addımlayır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO