Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilir VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
“Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ombudsmanların Beynəlxalq Bakı Sammiti iştirakçılarına ünvanladığı müraciət ədliyyə naziri Fərid Əhmədov tərəfindən səsləndirilib.
Qeyd edək ki, Sammit çərçivəsində “Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə”, “Süni intellektin əmək bazarına və məşğulluğa təsiri”, “Rəqəmsal savadlılıq və insan hüquqlarının qorunması” mövzuları ətrafında müzakirələr aparılacaq.
Həmçinin tədbirin yekununda Süni İntellekt və İnsan Hüquqları üzrə Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.