Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb
Bakı, 18 iyun, AZƏRTAC
Yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 31,6 faiz azalaraq 10 milyon 556,4 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 76,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,4 faizini (8700 min ton) Azərbaycanda hasil edilən neft, 17,6 faizini (1856,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]