Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatıb
Bakı, 18 iyun, AZƏRTAC
Filippinin cənubundakı Sarangani əyalətində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatıb, 30 nəfər isə itkin düşmüş hesab edilir.
AZƏRTAC Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Şurası məlumat yayıb. Qurumun son hesabatına əsasən, təbii fəlakət 357 mindən çox ailəyə təsir göstərib. Hazırda 22 min nəfər 47 təxliyə mərkəzində məskunlaşıb.
Məlumata görə, 74,7 minə yaxın evə ziyan dəyib, onlardan 13,7 mini tamamilə dağılıb. Həmçinin 774 infrastruktur obyekti zərər görüb. İnfrastruktur sahəsində ümumi zərərin 1,29 milyard peso (təxminən 21,3 milyon dollar) təşkil etdiyi bildirilir. Kənd təsərrüfatına dəyən zərər isə 29,8 milyon peso həcmində qiymətləndirilir.
Xatırladaq ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, tektonik mənşəli zəlzələ iyunun 8-də yerli vaxtla saat 07:37-də 33 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanların episentri Mindanao adasındakı Sarangani əyalətinin Maasim şəhərindən təxminən 32 kilometr cənub-qərbdə yerləşib. Filippin Sakit okeanın seysmik cəhətdən fəal “Atəş həlqəsi” zonasında yerləşdiyindən ölkədə zəlzələlər və vulkan püskürmələri tez-tez müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [23:37]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]