Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO
Xocavənd, 20 sentyabr, AZƏRTAC
Bu gün ilk dəfədir ki, Xocavənd Şəhəri Günü qeyd olunur. Bir il bundan əvvəl Xocavənd rayonuna, o cümlədən Xocavənd şəhərinə Böyük Qayıdış başlayıb. Bu proses hazırda da davamlı şəkildə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, bu günə qədər Xocavənd rayonunda 4 min 500-ə yaxın insan məskunlaşıb: "Bu, 1083 ailə deməkdir. Cəmi bir il ərzində rayonun 8 yaşayış məntəqəsinə, insanlar öz doğma, dədə-baba torpaqlarına qayıdıblar. Onlar artıq burada öz həyatlarını davam etdirir, yaşayırlar".
Müxbir - Gülay Nəzərova
Fotomüxbir - Səfiyar Məcnun
Operator - Vüsal Tağıyev