Ombudsman İnsan Hüquqları Günü münasibətilə Fəxri xiyabanı ziyarət edib
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
AZƏRTAC xəbər verir ki, ombudsman Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub.
Ombudsman, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edərək məzarı üzərinə tər güllər düzüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.