Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb
Bakı, 18 iyun, AZƏRTAC
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda (əsas fəaliyyəti elektrik enerjisinin istehsalı olmayan müəssisələr nəzərə alınmadan) 10 milyard 486,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə istehsal olunan elektrik enerjisinin 10 milyard 179,1 milyon kilovat-saatı əmtəəlik məhsulun payına düşüb ki, bu da ötən illə müqayisədə 2 faiz azdır.
Hesabata əsasən, külək elektrik stansiyalarından istehsal 66,8 dəfə artaraq 427,4 milyon kilovat-saat, Günəş elektrik stansiyalarından istehsal 1,2 faiz azalaraq 182 milyon kilovat-saat, su elektrik stansiyalarından istehsal isə 4,1 faiz azalaraq 1 milyard 444,5 milyon kilovat-saat təşkil edib.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]