AQTA: Ölkəmizdə təkdırnaqlı heyvanlar arasında epizootoloji vəziyyət sabitdir
Bakı, 18 iyun, AZƏRTAC
Cari il aprelin 20-30-da Epizootiya Əleyhinə Tədbirlər Planına uyğun olaraq respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında təkdırnaqlı heyvanların xüsusi təhlükəli xəstəlikləri üzrə epizootoloji monitorinqlər həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Monitorinqlərin əsas məqsədi xəstəliklərin erkən aşkarlanması, epizootoloji vəziyyətin qiymətləndirilməsi, atların Afrika xəstəliyi üzrə xəstəlikdən azad statusunun qorunub saxlanılması və beynəlxalq hesabatlılığın təmin edilməsindən ibarət olub. Atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlardan diaqnostik nümunələr götürülüb. Təsərrüfatlara baxış keçirilib, heyvan sahiblərinə maarifləndirici çap materialları təqdim edilib. Monitorinqlər zamanı götürülən nümunələr və epizootoloji vəziyyətə dair məlumatlar “Epicollect5” proqramına daxil edilib.
Aparılan müşahidələrin və laborator müayinələrin nəticələrinə əsasən, təkdırnaqlı heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə şübhə yaradan klinik əlamətlər qeydə alınmayıb, həmçinin həmin xəstəliklərin törədiciləri aşkar edilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:34]
Özbəkistan üçün tarixi məqam
- 18.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 18.06.2026 [11:57]
Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq
- 18.06.2026 [11:19]