Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının III mərhələsində iştirak edəcəklər
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 20-21-də Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə böyüklər arasında Dünya Seriyasının III mərhələsi keçiriləcək.
Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycanı qonşu ölkədə Rübail İbrahimli (70 kiloqram), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kiloqram), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kiloqram) və İslam İlyasov (+90 kiloqram) təmsil edəcəklər.
İlk yarış günündə təsnifat mərhələsinin və qruplarda ilk 2 turun görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsində sonuncu turun görüşləri, yarımfinallar və medallar uğrunda qarşılaşmalar baş tutacaq.
Dünya Seriyasında I-S dərəcəli hakimi Bəşir İsazadə ədaləti qoruyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]