Ötən ay qeyri-OPEC+ üzrə neft tədarükü sutkada 58,5 milyon barelə çatıb
Bakı, 18 iyun, AZƏRTAC
May ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçılarından ibarət OPEC+ qrupu üzrə neft hasilatı əvvəlki aya nisbətən təxminən 1 milyon 120 min barel azalaraq gündəlik 35 milyon 920 min barelədək geriləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Hesabata görə, keçən ay qeyri-OPEC+ üzrə neft tədarükü isə 530 min barel artaraq gündəlik 58 milyon 540 min barelə çatıb. Bu artım bioyanacaq istehsalı və ABŞ və Birləşmiş Ərəb Əmirliklərindən daha yüksək tədarüklə əlaqədardır.
Bu il OPEC+ üzrə neft hasilatının ötən illə müqayisədə təxminən 4 milyon 700 min barel azalaraq 42 milyon 120 min barelə enəcəyi, qeyri-OPEC+ ölkələrin istehsalının isə təxminən 820 min barel artaraq gündə 60 milyon 250 min barelə çatacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:20]
Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb
- 18.06.2026 [11:44]
İkinci rübdə neft daşınmalarının 4,8 faiz azalması gözlənilir
- 18.06.2026 [11:41]
Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb
- 18.06.2026 [11:12]
Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb
- 18.06.2026 [11:11]