On altı yaşlı kikboksçumuz Elvin Məmmədov böyüklər arasında Avropa çempionu olub
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan idmançısı Antalyada keçirilən kikboksinq üzrə Avropa çempionatında tarix yazıb.
AZƏRTAC Azərbaycan Kikboksinq Federasiyasına istinadla xəbər verir ki, ötən ay İtaliyada keçirilmiş gənclər arasında dünya çempionu olmuş Elvin Məmmədov (54 kq) "Low kick" versiyasında böyüklər arasında Avropanın da ən güclüsü olub. O, 16 yaşında böyüklər arasında Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb.
Ötən il dünya çempionu olmuş Anar Məmmədov (57 kq) isə finalda Boban Nikoliçə (Serbiya) uduzaraq gümüş medalla kifayətlənib. Hər iki idmançı Əməkdar məşqçi, tanınmış kikboksçu Eduard Məmmədovun tələbələridir.
Avropa çempionatının sonuncu günündə “Low kick” versiyasında Nihad Tağızadə (51 kq), Amin Quliyev (60 kq), “Full contact”da Amil Məmmədov (51 kq), Məhəmməd İmanov (57 kq) və K1-də Elvin Qasımov (51 kq) final görüşlərini keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]