On doqquz yaşadək futzalçılardan ibarət millimiz bu gün yoldaşlıq oyunu keçirəcək
Bakı, 19 fevral, AZƏRTAC
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.
AZƏRTAC xəbər verir ki, komandamız Türkiyədən olan həmyaşıdları ilə qarşılaşacaq.
Oyuna Azər Əsgərov, Anar Fərəcov və Kənan Məlikov hakim təyinat alıblar.
Millimizin oyun üçün heyətində Vladislav Reznov, İqbal Pənahov, Tofiq Hüseynov, Turan Əhmədov, Rauf Rüstəmov, Sabir Həsənov, Nurlan Mehdizadə, Huseyn Qarayev, Rafael Mütəllimov, Kənan Əsədli, Niyaz Əhmədov, Fuad Məmmədzadə, Nicat Quluzadə və Hüseyn Abutalıbov yer alıb.
Bakı İdman Sarayında keçiriləcək oyun saat 19:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]