“OPEC+” alyansına daxil olan 8 ölkə neft hasilatının azaldılması müddətini uzadıb
Bakı, 4 noyabr, AZƏRTAC
“OPEC+” alyansının səkkiz üzv ölkəsi bazar günü, noyabrın 3-də könüllü olaraq hasilatın azaldılmasını daha bir ay uzadacaqlarını elan edib. Onlar neft qiymətlərinin aşağı düşməsi tendensiyasına cavab olaraq bildiriblər ki, dekabrın sonuna qədər bu ixtisarlar davam edəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “OPEC+” alyansına Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri daxildir. Bu ixtisarlarda iştirak edən səkkiz ölkə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omandır.
OPEC-in bəyanatında bu ölkələrin 2023-cü ilin noyabrında gündəlik 2,2 milyon barel könüllü hasilat düzəlişlərini bir ay müddətinə - 2024-cü ilin dekabr ayının sonuna qədər uzatmaq barədə razılığa gəldikləri bildirilib. Səkkiz ölkə, həmçinin istehsal hədəflərində “tam uyğunluğa nail olmaq” və 2025-ci ilin sentyabrına qədər hər hansı artıq hasilatı kompensasiya etmək öhdəliyini təkrarlayıb.
Xam neftə qlobal tələbin azalması ilə bağlı narahatlıqlar fonunda son həftələrdə “qara qızıl”ın qiymətləri aşağıya doğru tendensiya nümayiş etdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
- 09.10.2026 [07:49]
“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər
- 09.10.2026 [06:44]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]