Operativ qərargah Azərbaycanda ilk koronavirus infeksiyasına yoluxma faktını təsdiq etdi
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.
Operativ qərargahdan AZƏRTAC-a bildiriblər ki, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.
Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.
Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin əlaqədə olduğu şəxslərin müəyyən edilməsinə başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Xəzər dənizində zəlzələ olub
- [08:44]
Ərdoğan Trampla telefon danışığı aparıb
- 20.05.2026 [23:36]
ABŞ Prezidenti: İranla vəziyyət tam sərhəddədir
- 20.05.2026 [23:23]
Tramp İranla sülh sazişini yekunlaşdırmaq üçün tələsmədiyini bildirib
- 20.05.2026 [23:11]
WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub
- 20.05.2026 [21:59]
OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi
- 20.05.2026 [21:52]
WUF13-ün dördüncü günündən maraqlı anlar - FOTOREPORTAJ
- 20.05.2026 [21:31]
Xəzər dənizində zəlzələ olub
- 20.05.2026 [21:13]
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub
- 20.05.2026 [20:45]
Azərbaycanın stolüstü tennisçisi Ginnesin Rekordlar Kitabına düşüb
- 20.05.2026 [20:36]
Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub
- 20.05.2026 [20:17]
İş adamı: Nigeriyada da mütləq WUF kimi tədbirlər təşkil edilməlidir
- 20.05.2026 [20:07]
Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib
- 20.05.2026 [20:04]