Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordubad rayonunun Tivi kəndində kompleks quruculuq işləri aparılıb

Ordubad, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın incisi Ordubad rayonunun da davamlı inkişafını təmin edib. Artıq rayonun kəndlərində geniş tikinti-quruculuq işləri aparılır. Müasir yollar çəkilir, məktəb binaları və digər sosial obyektlər istifadəyə verilir, məskunlaşma artır. Rayon mərkəzindən 60 kilometr aralıda yerləşən Tivi kəndi qədim tarixi, özünəməxsus adət-ənənələri, zəngin təbiəti, zəhmətkeş insanları və ziyalıları ilə tanınır. Bu il aparılan quruculuq işləri Tivi kəndini abad yaşayış məntəqəsinə çevirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 12-də Tivi kəndində yeni sosial obyektlər istifadəyə verilib.

 

Tivi kənd tam orta məktəbi yenidən qurulub

Ordubadda bu gün təhsilin inkişafına xüsusi qayğı göstərilir. Gənc nəslin hərtərəfli təhsil alması qayğısına qalınır. Rayonda aparılan quruculuq tədbirlərinin önündə məktəb binalarının tikintisi gəlir. Hər il kəndlərdə yeni məktəb binaları tikilir.

Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tivi kənd tam orta məktəbinə gəlib, təhsil ocağında aparılan quruculuq işləri ilə maraqlanıb.

Məlumat verilib ki, 216 şagird yerlik məktəb binasında 4-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kompyuter və müəllimlər otaqları, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kitabxana, idman zalı və açıq idman qurğuları vardır. Məktəb kitabxanasında 5 minə yaxın dərslik və bədii ədəbiyyat şagirdlərin istifadəsinə verilib. Kimya-biologiya və fizika laboratoriyaları ən müasir cihaz və sınaq-təcrübə avadanlıqları ilə təchiz olunub.

Sinif otaqları və kabinələr yeni tədris avadanlıqları ilə təchiz olunub, kompyuter sinfində 19 kompyuter quraşdırılıb və internetə qoşulub.

Bildirilib ki, muxtar respublikada elektron tədrisin inkişafına xüsusi diqqət yetirilir. Xüsusilə elektron lövhələrdən istifadə edilməsi tədrisin əyaniliyini təmin edir, keçirilən dərslər şagirdlər tərəfindən daha asan mənimsənilir. Elektron lövhəli siniflərin yaradılması həm də məktəblərlə muzeylər arasında distant dərslərin keçirilməsinə imkan verir, şagirdlər görkəmli şəxsiyyətlərimiz, tariximiz, maddi-mədəni irsimiz, milli dəyərlərimiz haqqında ətraflı məlumat alırlar.

Elektron lövhəli sinifdə muxtar respublikanın 217 təhsil müəssisəsi ilə Hüseyn Cavidin Ev Muzeyi arasında videoəlaqə yaradılıb, distant dərs keçirilib.

Ali Məclisin Sədrinə məlumat verilib ki, bu il Tivi kənd tam orta məktəbində birinci sinfə 16 şagird qəbul olunub.

Gənc nəslin sağlamlığının və fiziki inkişafının təmin edilməsində, vətənin müdafiəsinə hər an hazır olan mərd və cəsur vətəndaş kimi yetişməsində idman və hərbi hazırlıq dərslərinin mühüm rolu vardır. Tivi kənd tam orta məktəbinin lazımi əyani vasitələrlə təchiz olunan hərbi kabinəsi, geniş idman zalı və şahmat sinfi gənclərin hərtərəfli inkişafını təmin edəcəkdir.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, Tivi kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılıb. Məktəbin zəngin təhsil ənənələri bu gün də davam etdirilir. Ötən tədris ilində məktəbin məzunlarından 10-u ali məktəblərə, 1 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Ali məktəblərə qəbul olanlardan 3-ü 500-700 arası bal toplayıb. Bu gün məktəbdə yaradılan şərait təhsilin keyfiyyətinin yüksəldilməsinə və nailiyyətlərin daha da artırılmasına imkan verəcəkdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Məktəbin ən əsas vəzifəsi xalqımıza və ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”. Buna görə də şagirdlərin yaxşı təhsil alması ilə yanaşı, onların layiqli vətəndaş kimi yetişdirilməsi də pedaqoji kollektivin qarşısında duran başlıca vəzifədir. Məktəbi bitirən hər bir gənc gələcəkdə mütləq bir peşə sahibi olmalıdır. Çünki insan o zaman əsl vətəndaş olur ki, o, sahib olduğu peşəsi ilə ölkəsinə və xalqına xidmət etsin.

Ali Məclisin Sədri yaradılan şəraitin bundan sonra da öz bəhrəsini verəcəyinə əminliyini bildirib, qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib.

Müəllim Afət Xanəliyeva minnətdarlıq edərək deyib ki, bu gün Tividə hərtərəfli şəraiti olan məktəb binasının istifadəyə verilməsi ölkəmizdə təhsilin inkişafına və gənclərin hərtərəfli formalaşmasına göstərilən qayğının real ifadəsidir. Kənd məktəbində yaradılan şərait şagirdlərin yaxşı təhsil almasına, vətənpərvər ruhda böyüməsinə geniş imkanlar açıb. Müəllimlər müasir tədris vasitələrindən istifadə etməklə kənddə təhsilin səviyyəsini daha da yüksəldəcəklər.

 

Tivi Kənd Mərkəzinin açılışı olub

Oktyabrın 12-də Tivi Kənd Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tivi kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Ordubad rayonunun ucqar dağ kəndlərindən biri olan Tivi dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir. Səfalı təbiəti olan Tivi kəndində insanların rahat yaşaması, məskunlaşmanın artması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi bütün sahələrdə inkişafı təmin etmişdir. Bu inkişafdan hər bir yaşayış məntəqəsinə pay düşmüşdür. Ucqar dağ kəndi olmasına baxmayaraq, müstəqillik illərində Tivi kəndinin də inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Keçmiş Sovetlər Birliyi dövründə həyata keçirilə bilməyən tədbirlər bu gün kənddə reallaşdırılmış, Tivi müasir Azərbaycan kəndinə çevrilmişdir. Kənddə məktəb binası, həkim ambulatoriyası, xidmət mərkəzi, dövlət qurumlarının fəaliyyət göstərməsi üçün kənd mərkəzi tikilərək istifadəyə verilmiş, yolu abadlaşdırılmış, elektrik enerjisi və təbii qazın verilişi təmin edilmiş, müasir rabitə xidməti yaradılmış, poçt bölməsi istifadəyə verilmişdir. Bir sözlə, Tividə əhaliyə nümunəvi xidmət göstərilməsi üçün bütün imkanlar vardır. Bu da insanların vaxt itkisinə yol vermədən öz problemlərini kənddə həll etməsinə imkan verəcəkdir. Ona görə də sakinlər qurulanları, tikilənləri qoruyub saxlamalı, kəndin inkişafına öz töhfələrini verməlidirlər. Dövlət qurumlarının əməkdaşları yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər.

“Tivi kəndinin abadlaşması ölkəmizdə həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir nümunəsidir. Eyni zamanda bu tədbirlər kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına, insanların ucqar dağ kəndlərində də rahat yaşamasına xidmət edir”, - deyən Ali Məclisin Sədri kəndin inkişafında xidməti olanlara təşəkkür edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, üçmərtəbəli binada rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi və iclas zalı vardır.

Kəndlərdə baytarlıq xidmətinin düzgün təşkili xəstəliklərin qarşısının alınmasında, heyvandarlığın və arıçılığın inkişafında mühüm şərtdir. Kənd mərkəzində baytar həkimlərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, baytarlıq məntəqəsi lazımi dərman vasitələri və soyuducu ilə təmin olunubdur.

Baxış zamanı məlumat verilib ki, Tivi kəndində əsas təsərrüfat sahələrindən biri arıçılıqdır. Hər il kənddə bol və keyfiyyətli bal istehsal olunur. Baytar həkimlər mütəmadi olaraq arıçılarla görüşür, onlara dərmanlar verilir. Həmçinin kənddə heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır.

Rabitə evi binanın birinci mərtəbəsindədir. Burada 384 yerlik müasirtipli ATS quraşdırılıb, poçt fəaliyyəti və internetin verilməsi təmin olunub. Mərkəzdə kənd kitabxanası üçün də müasir şərait yaradılıb. Hazırda kitabxananın fondunda 12 min 408 kitab vardır.

Tivi kənd bələdiyyəsinin sədri Oruc Hüseynov bildirib ki, əvvəllər insanlar şəhərdə məskunlaşmağa üstünlük verirdilər. Lakin son illər kəndlərin abadlaşması, yeni iş yerlərinin açılması, təsərrüfatların inkişafı üçün dövlət tərəfindən verilən dəstək, bir sözlə, kənddə şəhər rahatlığının yaradılması insanların yurd-yuvalarına bağlılığını artırıb. Bu gün Tivi kəndi də insanların rahat yaşadığı, məskunlaşmanın ilbəil artdığı yaşayış məntəqəsidir. Oruc Hüseynov bütün bunlara görə kənd sakinləri adından minnətdarlıq edib.

Kənd mərkəzinin həyəti də abadlaşdırılıb, ətrafında yaşıllıqlar salınıb.

 

Tivi kənd həkim ambulatoriyası üçün yeni bina inşa edilib

Əhalinin sağlamlığının qorunması ölkəmizdə diqqət mərkəzində saxlanılır. Yaşayış məntəqələrində yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilir, sakinlərə müasir tibbi xidmət göstərilir. 

Bu tədbirlərin davamı olaraq oktyabrın 12-də Tivi kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Xəstəxana tipli ambulatoriya binası 3 mərtəbədən ibarətdir. Binada 12 xidməti otaq, o cümlədən baş həkim, doğuş, peyvənd, mama, manipulyasiya, feldşer, qeydiyyat, tibb bacısı, sanitar otaqları, stomatoloq üçün kabinə, palata və aptek vardır. Otaqların hər biri təyinatına uyğun tibbi avadanlıqlar və zəruri inventarlarla təchiz edilib. Hazırda ambulatoriyada 5 tibb işçisi sakinlərə xidmət göstərir.

Həkim ambulatoriyasının istifadəyə verilməsi kənddə müalicə-profilaktika işlərinin səmərəli təşkilinə şərait yaradacaqdır. Səhiyyə işçiləri müasir tibbi avadanlıqlardan istifadə edərək sakinlərin sağlamlığını qoruyacaq, əhalinin müalicə və müayinəsi, dərman vasitələri ilə təmin olunması diqqət mərkəzində saxlanılacaqdır.

Ali Məclisin Sədri səhiyyə xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib.

 

Əhalinin gündəlik məişət tələbatı Xidmət mərkəzində ödəniləcəkdir

Tivi kəndinin sakinlərinin üz tutacağı yeni ünvanlardan biri də Xidmət mərkəzidir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, mərkəzdə ərzaq və təsərrüfat malları olmaqla 2 mağaza və ət satışı yeri fəaliyyət göstərir. Həmçinin burada 2 yerlik bərbərxana və qadın gözəllik salonu da istifadəyə verilib. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə yeni iş yerləri açılıb, 6 nəfər işlə təmin olunub.

 

* * *

Kəndin girişində 4 kilometr məsafədə yol yatağı genişləndirilərək qum-çınqıl qatı verilib, 3 selötürücü, 29 su keçidi qoyulub. Tivi və Parağa kəndləri arasında 8 kilometr məsafədə fiberoptik, kənd daxilində isə 2100 metrlik rabitə və 1 kilometrlik elektrik xətləri çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA