İQTİSADİYYAT
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105010943 ISIN-li, 10 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 95.3536 AZN (6 faiz) və 100.2878 AZN (3.35 faiz) olan 7 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.048 AZN (4 faiz), orta ölçülmüş qiyməti 99.3599 AZN (3.8355 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35 milyon 599 min 500 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazlar 2024-cü il aprelin 2-də ödəniləcək. Hərrac iştirakçıları aprelin 6-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.