Ötən gün Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5642 test aparılıb
Bakı, 17 may, AZƏRTAC
Mayın 16-da Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5642 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 226.005-ə çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib. Həmçinin bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstə sayı 1158-dir. Xəstələrdən 38 nəfəri reanimasiyadadır ki, onlardan da 13-ü süni tənəffüs aparatına qoşulub.
Xatırladaq ki, mayın 16-da Azərbaycanda koronavirusa daha 158 yoluxma faktı qeydə alınıb, 58 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırkı dövrədək ölkəmizdə 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]