Ötən il 50 min 700 nəfərə əlillik təyin olunub
Bakı, 30 yanvar, AZƏRTAC
“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ötən il 50 min 700 nəfərə əlillik təyin olunub”.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2023-cü ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında agentliyin sədri Anar Bayramov deyib.
O qeyd edib ki, əlilliyin qiymətləndirilməsi sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun islahatlar 2023-cü ildə davam edib. Bu sahədə 2022-ci il iyulun 1-dən tətbiq olunan yeni meyarların sayı ötən il daha da artaraq 617-yə çatıb. Eyni zamanda, orqanizmin funksiyalarının pozulmasının bir sıra meyarlar üzrə faizləri və əlillik müddəti artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]