Ötən il əlilliyi olan 87 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib
Bakı, 30 yanvar, AZƏRTAC
“Ötən il əlilliyi olan 87 min 680 şəxsə reabilitasiya xidmətləri göstərilib”.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2023-cü ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında agentliyin sədri Anar Bayramov deyib. O qeyd edib ki, bu rəqəm 2022-ci ilə nisbətən 74 faiz çoxdur.
“Göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən layihələr daha da təkmilləşdirilib. Reabilitasiya xidmətlərinə əlçatanlığı daha da artırmaq üçün səyyar xidmətin əhatə dairəsi genişləndirilib. 2022-ci ilə nisbətən keçən il 6 dəfə çox olmaqla 1437 şəxsə səyyar formada evlərində reabilitasiya xidməti göstərilib. Eyni zamanda, agentlik ötən il 10,5 nəfər əlilliyi olan şəxsə 91 min 400 reabilitasiya vasitəsi təyin edib”,- deyə A.Bayramov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]