Ötən il mikro və kiçik sahibkarlara 54 “Startap” şəhadətnaməsi verilib
Bakı, 19 yanvar, AZƏRTAC
Ötən il “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya 98 müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
KOBİA sədri qeyd edib ki, hesabat dövründə mikro və kiçik sahibkarlıq subyektlərinə 54 “Startap” şəhadətnaməsi (kənd təsərrüfatı və aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, innovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üzrə) verilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]