ÖZBƏK EKSPERTİ: PEYĞƏMBƏRƏ KARİKATURALAR AVROPADA MƏNƏVİ BÖHRANDAN XƏBƏR VERİR
Ekspertin fikrincə, bu, Avropada yaranmış mənəvi böhrandan xəbər verir. O vurğulamışdır: “Bəşəriyyətin müqəddəs hisslərinə bilərəkdən toxunulması mənəvi böhran əlamətidir”. Onun sözlərinə görə, baş verənlərdən düzgün nəticə çıxarmaq lazımdır.
A.Sohibnəzərov nəzərə çarpdırmışdır: “Din çox incə mətləbdir və XXI əsrdə ondan siyasi intriqalar məqsədi ilə istifadə olunmasına yol verilməməlidir. Bunun pis nəticələri ola bilər”. Onun sözlərinə görə, jurnalist praktikasının etik normalarına riayət edilsəydi, müsəlman aləminin etirazları belə güclü olmazdı. Ekspert demişdir: “Materialın dərc edilməsi faktı deyil, onun araşdırma tərzi dünyanın müxtəlif ölkələrində etiraz və narazılıq dalğası doğurmuşdur. Axı, həm dünyəvi dövlətlərdə, həm də teokratik ölkələrdə müsəlmanların əksəriyyəti bütün peyğəmbərlərə hörmətlə yanaşır, onları müqəddəs sayır”.
Ekspert hesab edir ki, karikaturalar kampaniyasında “müəyyən dairələrin və xüsusi xidmət orqanlarının əli var”. Eyni zamanda, karikaturalar ətrafında vəziyyət Avropanın, o cümlədən Danimarkanın açıqfikirli siyasətçiləri sayəsində gərginləşməyəcəkdir.