Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova
Hörmətli İslam Abduqəniyeviç,
Dost Özbəkistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün Özbəkistan müstəqillik yollarında inamla irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi yüksəlişi istiqamətində böyük uğurlar qazanır, dünya birliyinin nüfuzlu üzvü kimi tanınır.
Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Özbəkistan dostluğu ənənələrinin daim qorunub saxlanması, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı maraq, dəstək və etimada əsaslanan əməkdaşlığımızın dərinləşdirilməsi sahəsində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə, hörmətli İslam Abduqəniyeviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Özbəkistan xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 avqust 2012-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]