Özbəkistan XİN Oman körfəzində ticarət gəmilərinə qarşı təxribatı pisləyir
Daşkənd, 15 may, АZƏRTAC
Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) mayın 12-də Birləşmiş Ərəb Əmirliklərinin ərazi sularına yaxın olan Oman körfəzində ticarət və mülki gəmilərə qarşı törədilmiş təxribatı qətiyyətlə pisləyib və belə hadisələrin gəmilərdəki insanların həyatı üçün təhlükə yaratdığını bildirib.
AZƏRTAC xəbər verir ki, Özbəkistan XİN bununla bağlı yaydığı məlumatda beynəlxalq birliyi gəmilərin maneəsiz keçməsinə təhlükə törədən belə hadisələrin qarşısının alınmasında məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
Sənəddə deyilir ki, Özbəkistan XİN Birləşmiş Ərəb Əmirlikləri ilə təhlükəsizliyin təmini və milli maraqların qorunmasında həmrəy olduğunu bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]