Özbəkistanda daşdan kağız istehsalına başlanılıb
Daşkənd, 6 fevral, АZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu günlərdə Fərqanə vilayətinə səfəri zamanı daşdan kağız istehsalına başlayan “Ferqana stone paper” müəssisəsinə gedib.
AZƏRTAC xəbər verir ki, Ş.Mirziyoyev müəssisənin işi ilə tanış olan dövlət başçısı deyib ki, kağız istehsalı çox qədim bir sənətdir, bir zamanlar Səmərqənd kağızı bütün dünyada tanınıb. Əminəm ki, bu müəssisə tarixi ənənələri sənaye üsulu ilə bərpa edəcək.
Mütəxəssislərin fikrincə, belə kağızın bir sıra üstünlükləri var. Əvvəla sellüloz kağızın hazırlanması üçün çoxlu su işlədilir, bu da kağızın tərkibindəki zərərli maddələr ücbatından onun gələcək istifadəsini qeyri-mümkün edir. Daşdan kağız hazırlanmasında isə su tələb olunmur. Həm də daş kağız möhkəm və uzunömürlüdür, çirklənməyə davamlıdır. Ona görə də poliqrafiyada, divar və qablaşdırma kağızlarının istehsalında daş kağız çox əlverişlidir. Xarici bazarda daş kağıza böyük tələbat var.
Müəssisədə ildə 9 min ton kağız istehsal ediləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]