Özbəkistanın “Şark yulduzi” jurnalı Azərbaycan yazıçısının hekayələrini çap edib
Daşkənd, 23 noyabr, AZƏRTAC
Daşkənddə özbək dilində çap olunan “Şark yulduzi” jurnalında Azərbaycan uşaq yazıçısı Aygün Bünyadzadənin iki hekayəsi də yer alıb. Bu, yazıçının Özbəkistan mətbuatında nəşr olunan ilk hekayələridir.
AZƏRTAC xəbər verir ki, hekayələri orijinaldan ədəbiyyatımızın dostu Şəhla Qasımova çevirib. İndiyədək yazıçının hekayələri rus, ingilis və türk dillərinə tərcümə olunub.
Müəllif uşaq yazıçılarının bir sıra yaradıcılıq müsabiqəsində iştirak edib və uğur qazanıb. 2015-ci ildə keçirilən uşaq yazıçılarının beynəlxalq müsabiqəsində “Təbəssüm” ordeninə layiq görülüb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd