Özbəkistanla Türkmənistan arasında əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir
Daşkənd 8 may (AZƏRTAC). Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Özbəkistanda rəsmi səfərdə olmuş, dövlət başçısı İslam Kərimovla görüşündə ölkələr arasında ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə etmişlər. Tərəflər Orta Asiyanın su-energetika ehtiyatlarından səmərəli istifadə olunması, regional əməkdaşlığın gələcək inkişaf perspektivləri, regional və beynəlxalq problemlər ətrafında da fikir mübadiləsi aparmışlar.
Dövlət başçıları qonşu ölkələrin iştirakı ilə Əfqanıstanda sülhün və sabitliyin bərpa edilməsi, terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərlə birgə mübarizə məsələlərini də müzakirə etmişlər.
Söhbətdə deyilmişdir ki, neft-qaz sahəsində əməkdaşlıq sürətlə inkişaf edir və yanacaq-energetika sektorunda xarici investorlarla əlaqələr qurulur. Qeyd olunmuşdur ki, Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin magistral qaz kəməri birgə səylərimizin uğurlu nəticəsidir və Özbəkistan-Türkmənistan-İran-Oman-Katar nəqliyyat dəhlizinin yaradılması istiqamətində iş aparılır.
Sonra dövlət başçıları qədim Buxara şəhərində olmuş, tarixin yadigarı olan abidələrə baxmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:07]
ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal
- 09.09.2026 [16:24]
İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir
- 09.09.2026 [16:24]
Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb
- 09.09.2026 [15:41]
Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir
- 09.09.2026 [15:35]
Britaniyada yüzlərlə aviareys ləğv edilib
- 09.09.2026 [14:08]