Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistan mətbuatında Xocalı soyqırımı ilə əlaqədar materiallar çap edilmişdir

İslamabad, 24 fevral (AZƏRTAC). Pakistanda və xarici ölkələrdə yaşayan Pakistan icmaları arasında böyük nüfuza malik olan ingilisdilli “Daily Times”, həmçinin urdu dillində çap edilən “Daily Pardez” qəzetlərində və “Pakistan in the World” İnformasiya Agentliyində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Xocalı soyqırımı. Dünya ölkələri Pakistandan örnək götürməlidirlər” sərlövhəli məqaləsi dərc olunmuşdur.

Məqalədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüyü, 1988-ci ildən başlayaraq yüz minlərlə azərbaycanlının öz torpaqlarından didərgin salındığı bildirilmişdir. Qeyd edilmişdir ki, müstəqilliyinin ilk illərində Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalmış, hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər 7 rayonu işğal olunmuş, on minlərlə insan öldürülmüş, yaralanmış və ya itkin düşmüşdür.

Münaqişənin hüquqi tərəfinə diqqəti cəlb edən səfir, işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 və BMT-nin Baş Məclisinin 3 qətnaməsinə, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarına, habelə digər müraciətlərə məhəl qoymadığını bildirmişdir.

D.Şikarov məqalədə Xocalıda törədilmiş soyqırımının Ermənistan-Azərbaycan münaqişəsinin ən qara səhifələrindən olduğunu bildirmiş, Xocalı şəhərinin 1991-ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanıldığını və 22 il bundan əvvəl fevral ayının 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə hücuma məruz qalaraq tamamilə məhv edildiyini vurğulamışdır. Materiallarda deyilir ki, o gecə qocalar, qadınlar, uşaqlar, bir sözlə yüzlərlə günahsız mülki insan xüsusi qəddarlıqla öldürülmüş, minlərlə insan yaralanmış, əsir götürülmüş və ya itkin düşmüşdür.

Səfir Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Ermənistanın indiki prezidenti Serj Sarkisyan və terrorçu M.Melkonyandan sitatlar gətirərək bu kütləvi qırğının ermənilər tərəfindən düşünülmüş və əvvəlcədən hazırlanmış bir soyqırımı olduğunu sübuta yetirmişdir.

Məqalədə qeyd olunmuşdur ki, 2010-cu il aprelin 22-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Xocalıda törədilmiş qırğını “Hərbi cinayət və ya insanlığa qarşı cinayət” adlandırmışdır.

Müəllif 1948-ci ildə BMT-nin Baş Məclisində qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyası haqqında məlumat verərək Azərbaycanın və Ermənistanın imzaladığı bu sənədin “Soyqırımı - milli, etnik, irqi və dini qrupların tamamilə və ya qismən məhv edilmək niyyəti ilə həyata keçirilmiş aksiyadır” maddəsinə istinad etmiş və bu cinayətin məhz soyqırımı olduğunu diqqətə çatdırmışdır. Materialda Xocalıda törədilmiş soyqırımının Ermənistanın XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı yürütdüyü davamlı zorakılıqların tərkib hissəsi olduğu vurğulanmışdır.

Məqalədə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumat və təşviqat kampaniyasının fəaliyyəti haqqında məlumat verilmişdir. Vurğulanmışdır ki, bu kampaniyanın, eyni zamanda, Azərbaycan dövləti və geniş ictimaiyyətinin Xocalı həqiqətlərinin, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardığı mühüm iş nəticəsində dünyanın bir neçə ölkəsi, nüfuzlu beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişlər.

Pakistan mətbuatında dərc edilmiş məqalədə deyilir: “Pakistan Senatı 2012-ci il fevralın 1-də Xocalı soyqırımını tanımış, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Senatın 2013-cü il oktyabrın 5-də qəbul edilmiş qətnaməsində isə Pakistanın Dağlıq Qarabağ məsələsindəki prinsipial mövqeyi bir daha vurğulanmışdır. Həmçinin 2014-cü il fevralın 20-də də Pakistanın 100-dən çox tanınmış ictimai-siyasi xadimi Xocalı soyqırımını bir daha yad etmiş, faciəni törədənlər ittiham olunmuşdur”.

Səfirin məqaləsi bu sözlərlə bitir: Biz, bu addıma görə Pakistana dərin minnətdarlığımızı bildirməklə yanaşı, bütün dünya ölkələrini Pakistandan örnək götürməyə çağırırıq”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik