Pakistanın sabiq baş naziri İmran Xana yeni hökm oxunub
Bakı, 31 yanvar, AZƏRTAC
Pakistanın sabiq baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibi korrupsiya işi üzrə yeni cəza alıb. Onlar dövlət xəzinəsində saxlanılan qiymətli əşyaları satmaqda ittiham olunurlar.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, məhkəmə sabiq baş naziri və onun həyat yoldaşını 52 qiymətli əşyanı satmaqda və aldıqları hədiyyələr haqqında məlumatı gizlətməkdə təqsirli bilərək 14 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda, onlara 10 il dövlət vəzifəsində işləmək qadağan edilib və hər biri 787 milyon Pakistan rupisi həcmində cərimələnib.
İmran Xan bundan öncə dövlət sirrini yaymaq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sabiq hökumət başçısının vəkili hökmü qəbul etmədiklərini və onun siyasi sifariş olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]