Pakistanlı diplomat: Şuşa mənə Pakistandakı gözəl yerləri xatırladır
Şuşa, 10 iyul, AZƏRTAC
Şuşa mənə Pakistandakı gözəl yerləri xatırladır. Buranın iqlimi gözəldir, Şuşa qalası möhtəşəmdir. İnanıram ki, tezliklə bu binalar yenidən bərpa olunacaq, müxtəlif ölkələrdən turistlərin Şuşaya səfəri başlayacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee iyulun 9-da diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri zamanı deyib.
Səfir qeyd edib ki, Şuşada olduğu üçün özünü çox şanslı hiss edir: “Azərbaycana gəldikdən sonra bu şəhərin sizin üçün çox qiymətli olduğunu gördüm. Bütün azərbaycanlı dostlarıma, Azərbaycan xalqına öz salamlarımı, təbriklərimi çatdırıram. Bu şəhərin təbiəti, gözəlliyi valehedicidir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]