Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pan Avropa Regional Şurasının iclasında COP29 barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) Pan Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

AHİK-dən AZƏRTAC-a bildirilib ki, PARŞ-nin Baş katibi xanım Ester Linç gündəliyə çıxarılan məsələlər və görüləcək işlər barədə İcraiyyə Komitəsinin üzvlərini məlumatlandırıb. İclasda BHİK-nın Baş Şurasının toplantısına hazırlıq və fəaliyyət planları, keçirilən kampaniyalar müzakirə edilib, 2025-ci ilin iş planı nəzərdən keçirilib. Eləcə də iclasda Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransına hazırlıq prosesi, COP29 və digər müvafiq mövzularda qarşılıqlı fikir mübadiləsi aparılıb.

BHİK-nın iqlim siyasəti üzrə mütəxəssisi Bert De Vel COP29-un əhəmiyyətindən, bu istiqamətdə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən və görüləcək işlərdən danışıb.

AHİK sədri Sahib Məmmədov iqlim dəyişmələrinin fəsadlarını, ədalətli keçid və bu prosesdə həmkarlar ittifaqlarının rolunu qeyd edib. Bildirib ki, sabit və təhlükəsiz ölkə olan Azərbaycanda COP29-a hazırlıqlar peşəkar səviyyədə aparılır. O, həmçinin COP29-un şəffaf, qərəzsiz və inklüziv şəkildə keçəcəyindən, tədbirin bütün aspektləri çərçivəsində dayanıqlılıq və həmrəyliyin ən yüksək səviyyədə tərənnüm olunacağından əminliyini ifadə edib. Nəticədə bütün bunların ekoloji təsirlərin azalmasına və geniş ictimai iştiraka gətirib çıxaracağını diqqətə çatdırıb.

Eyni zamanda, AHİK sədri Azərbaycanda əmək hüquqlarının qorunması, layiqli əmək şəraitinin yaradılması istiqamətində görülən işlər barədə danışıb, BHİK-nın bəyannamələrinin, qərarlarının, habelə tapşırıq və tövsiyələrinin Azərbaycan həmkarlar ittifaqları üçün önəmini vurğulayıb.

Qeyd edib ki, AHİK və BHİK arasında əməkdaşlıq yüksək səviyyədədir və bundan sonra da münasibətlərin genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılacaq.

“Qloblal iqlim dəyişmələri kömür, neft və qaz sənayesinə, eləcə də burada çalışan işçilərə daha çox təsir göstərir. Bu səbəbdən həmkarlarımızın risk altında olduğunu dərk etməli və onların hüquqlarının qorunması üçün tədbirlər görülməlidir. “Yaşıl iqtisadiyyat”a ədalətli keçid ən effektiv və yeganə çıxış yoludur. Hesab edirəm ki, işsizlikdən sığorta, davamlı təhsil imkanları mühüm tədbirlər arasında olmalıdır. Bu prosesdə inklüzivliyə də xüsusi diqqət yetirməliyik, çünki ədalətli keçid təkcə yüksək inkişaf etmiş ölkələrin işçiləri üçün deyil, həm də inkişaf etməkdə olan ölkələrin əmək adamlarının da hüquqları qorunmalıdır”, - deyə Sahib Məmmədov vurğulayıb.

Qarşıda duran məqsəd və vəzifələrin icrasında birgə əməkdaşlığın əhəmiyyətinə də diqqət çəkən AHİK sədri əlavə edib: “Ədalətli keçiddə beynəlxalq əməkdaşlıq əsas faktordur. Həmkarlar ittifaqları, işəgötürənlər və hökumət əmək hüquqlarını qorumaq üçün bir araya gəlməli və səylərini birləşdirməlidirlər. Gələcək nəsillərin daha yaşıl və dayanıqlı bir dünyaya sahib olmaları üçün bunu etməyə borcluyuq”.

Tədbirdə digər çıxışlar da dinlənilib, 2024-2025-ci illər üzrə icra olunan layihələr, qarşıda duran vəzifələr, maliyyə hesabatları müzakirə olunub, PARŞ-ın Gənclər və Qadınlar komitələrinin hesabatları dinlənilib.

AHİK sədri tədbir çərçivəsində PARŞ-ın Baş katibi xanım Ester Linçlə də görüşüb. İcraiyyə Komitəsinin iclasına dəvətə görə Baş katibə təşəkkür edən AHİK sədri PARŞ və BHİK-da olan həmkarlarla görüşməkdən məmnun olduğunu bildirib. Konfederasiya sədri ötən ay Bakıda “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransı xatırladıb və bu tədbirin ikitərəfli əməkdaşlığa verdiyi töhfələri qeyd edib.

Həmçinin AHİK-in hazırda gördüyü işlər, həyata keçirdiyi layihələr barədə PARŞ Baş katibinə məlumat verilib, “AHİK Könüllüləri” proqramının mahiyyətindən danışılıb. Qeyd edilib ki, bu proqram həmkarlar ittifaqlarının fəaliyyətinin təbliğində, nüfuzunun artırılmasında faydalı olmaqla yanaşı, həm də gənclərin bilik və bacarıqlarının yüksəldilməsi, istedadlarının üzə çıxarılması və təcrübə qazanmaları üçün mühüm fürsətdir.

Ölkəmizin tanınmış simalarından ibarət olacaq “Layiqli Əmək Səfirləri” layihəsi barədə də məlumat verilib və hər iki layihə Baş katib Ester Linçin marağına səbəb olub.

Görüşdə iqlim dəyişmələri, ədalətli keçidə nail olmaq üçün həmkarlar ittifaqlarının vəzifələri, bu qlobal bəlaya qarşı birgə mübarizənin əhəmiyyəti barədə söz açılıb, fikir mübadiləsi aparılıb.

Baş katib Ester Linç BHİK və PARŞ-ın AHİK-lə münasibətlərinin səviyyəsindən razılığını bildirib və əməkdaşlığın bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda AHİK sədri Sahib Məmmədov xanım Ester Linçə milli ornamentlərlə bəzədilmiş kəlağayı təqdim edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər