Papa Fransisk dünyadakı münaqişələr fonunda yenidən sülh çağırışı edib
Vatikan, 1 fevral, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk dünyanın müxtəlif yerlərində davam edən münaqişələr fonunda tərəfləri yenidən sülhə səsləyib.
AZƏRTAC xəbər verir ki, katoliklərin ruhani lideri müharibələrdəki bu qədər artan qəddarlıqların və müdafiəsiz qurbanların fəryadlarının sülh planlarını alovlandırdığını bildirib.
“Qoy bu günahsız insanların ağrılı fəryadları ölkələrin liderlərinin qəlbinə toxunsun. Hər zaman mülayim, heç vaxt qəddar olmayan Rəbbdən sülh diləyirik”, - deyə pontifik qeyd edib.
Roma Papası münaqişələrdəki qəddarlığı pisləyib, insanları Ukraynada, Yaxın Şərqdə və dünyanın digər münaqişə bölgələrində həlak olanlar üçün dua etməyə çağırıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]