Papa Fransisk səhhəti ilə bağlı COP28 sammitində iştirak etməyəcək
Vatikan, 29 noyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk səhhətindəki problemlə əlaqədar noyabrın 30-da Dubayda başlayacaq BMT-nin COP28 iqlim sammitində iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, Papa Fransisk həkimlərin məsləhəti ilə Dubaya səfərini ləğv edib.
Pontifik hələ də özünü yaxşı hiss etmədiyini bildirib. O, ağciyərlərin iltihabı səbəbindən danışmaqda çətinlik çəkir.
Səksən altı yaşlı Papa Fransisk indiyədək üç dəfə, bu il isə ikinci dəfə xəstəxanaya yerləşdirilib. O, 2021-ci il iyulun 4-də yoğun bağırsağından əməliyyat olunub və on gün müşahidə altında qalıb. Bu il martın 29-da isə tənəffüs problemlərinə səbəb olan yoluxucu bronxitlə bağlı xəstəxanaya aparılıb və aprelin 1-də evə buraxılıb.
Pontifik sonuncu dəfə klinik testlər üçün iyunun 6-da Gemelli xəstəxanasında tibbi yoxlamadan keçib, iyunun 7-də laparotomiya və qarın divarının protezlə plastik əməliyyatını keçirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]