PARİSDƏ “BİRLƏŞMİŞ ŞƏHƏRLƏR VƏ YERLİ HÖKUMƏTLƏR TƏŞKİLATININ YARADILMASI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS AÇILMIŞDIR
Konfransda regionlarda milli münaqişələrin həlli, insan hüquqlarının müdafiəsi və digər məsələlər də müzakirə olunacaqdır. Nümayəndə heyətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu problemin tarixi kökləri və başvermə səbəbləri, şəhərlərimizin, tarixi və mədəni abidələrimizin erməni işğalçıları tərəfindən dağıdılması faktları, yüz minlərlə insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, onların hüquqlarının müdafiəsi ilə bağlı çıxışları nəzərdə tutulmuşdur. Bundan başqa, nümayəndə heyətimiz bir sıra ölkələrdən gəlmiş deputatlarla, eləcə də YUNESKO rəhbərliyi ilə görüşəcəkdir.
Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, respublikamızın işğal altında olan ərazilərindəki tarixi abidələrimizin mühafizəsi məsələləri müzakirə ediləcəkdir.
Konfrans mayın 5-də başa çatacaqdır.