Parisdə naməlum şəxs bıçaqla iki nəfəri öldürüb, səkkiz nəfəri yaralayıb
Bakı, 13 may, AZƏRTAC
Şənbə günü axşam saatlarında Parisin ikinci dairəsində naməlum şəxs yoldan ötənlərə bıçaqla hücum edib.
AZƏRTAC xəbər verir ki, BFMTV telekanalının yerli polisə istinadla yaydığı məlumata görə, hücum nəticəsində iki nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb. İnsident saat 21: 30-da (Bakı vaxtı ilə 23:30) Paris operasının binası yaxınlığında baş verib.
Hücum edən şəxsin asayiş keşikçilərinin açdığı atəşlə öldürüldüyü bildirilir.
Hazırda hadisənin baş verdiyi rayon polis tərəfindən tam mühasirəyə alınıb. Hələlik hücum edən şəxsin kimliyi və cinayətin motivləri barədə heç bir məlumat yoxdur. Habelə hələlik terror aktı versiyası da rəsmi olaraq nəzərdən keçirilmir.
Parisin ikinci dairəsi Sena çayının sağ sahilində yerləşir və Fransa paytaxtının ən kiçik inzibati dairəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]