PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, parlamentin deputatı, Qara dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Şaitdin Əliyev komitənin iclasında iştirak etmək üçün aprelin 16-dan 18-dək Kiyevdə səfərdə olacaqdır.
Tədbirdə Qara dəniz İqtisadi Əməkdaşlığı regionunun inkişafında mədəniyyətin rolu, təşkilata üzv dövlətlərdə uşaq və gənclər festivalının keçirilməsinə hazırlıq, növbəti iclasın gündəliyinin təsdiqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Səfər müddətində komitə üzvlərinin Ukrayna rəhbərliyi ilə görüşləri də nəzərdə tutulmuşdur.
X X X
Milli Məclisin deputatı, respublikamızın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ukrayna parlamentində keçiriləcək seminarda iştirak etmək üçün aprelin 16-dan 20-dək Kiyevdə səfərdə olacaqdır.
Avropa Şurasının təşəbbüsü ilə “Elektron kütləvi informasiya vasitələri və onun hüquqi tənzimlənməsi” mövzusunda keçiriləcək bu tədbirdə R.Hüseynov təşkilatın elm, təhsil, mədəniyyət komitəsinin eksperti kimi müzakirə olunan məsələyə münasibətini bildirəcəkdir.
Seminarda ictimai televiziya, elektron kütləvi informasiya vasitələrində fikir və söz azadlığı hüquqlarının genişləndirilməsi mövzularında diskussiyalar aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [16:57]
BMT Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edib
- 08.05.2026 [15:15]
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Liderliyin Heydər Əliyev zirvəsi
- [15:55]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]