Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentin komitə sədri: Qohum evliliklərinin qadağan olunmasını cəmiyyətin çox müsbət qarşıladığını gördük

Parlamentin komitə sədri: Qohum evliliklərinin qadağan olunmasını cəmiyyətin çox müsbət qarşıladığını gördük

Bakı, 14 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC

Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin prioritetlərindən biridir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi bu sahədə mühüm işlər həyata keçirir. Komitənin sədri Hicran Hüseynova qlobal miqyasda artan sosial problemlər fonunda Azərbaycandakı mövcud vəziyyət və qanunvericilikdəki son dəyişikliklər barədə AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Hicran xanım, siz 2006-2020-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olmusunuz. Yəni, bu sahədəki problemlər barədə daha çox məlumatlısınız. Dövlətimiz də ailə, qadın və uşaq məsələlərinin həllini xüsusi diqqətdə saxlayır. Ötən illərdə ailə, qadın və uşaq problemlərinin həlli ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər aparılıb.

- Bəli, ölkəmizdə qadın və uşaq hüquqlarının təmin olunması ilə bağlı dövlət səviyyəsində önəmli addımlar atılır. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu məsələni daim diqqət mərkəzində saxlayırlar. Qəbul olunan qanunlarda bu kimi məsələlərə önəm verilir. Ümumiyyətlə, qanunvericilik sahəsində nailiyyətlərimiz çoxdur. Buna misal kimi, 2006-cı ildə Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun qəbul edilməsini, 2008-ci ildə "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə Qanunun təsdiqlənməsini, 2019-cu ildə “Uşaqların cinsi zorakılıqdan və cinsi istismardan müdafiəsi haqqında” Avropa Şurasının Lanzarotta Konvensiyasının ratifikasiya edilməsini deyə bilərəm. Həmçinin 2010-cu ildə məişət zorakılığının qarşısının alınması haqqında Qanun qəbul olundu. 2011-ci ildə nikah yaşının dəyişdirilməsi ilə bağlı Ailə Məcəlləsinə, elə həmin ildə nikaha məcbur etməyə görə Cinayət Məcəlləsinə dəyişiklik edildi və s.

Ümumiyyətlə, biz insanlarla ünsiyyətdə olur, onlardan məlumatlar toplayır, aidiyyəti dövlət qurumları, QHT-lər bizə məlumatlar verir və görürük ki, harada boşluq var, bu boşluqları doldurmaq üçün qanunvericilikdə hansı dəyişikliklər lazımdır.

-Məişət zorakılığı qurbanlarına dəstək olmaq üçün yeni qanunvericilik təşəbbüsləri varmı? İctimai qınaq mexanizmlərini gücləndirmək üçün nə etmək lazımdır?

-Əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır. Aparılan bir çox araşdırmalar da bunu göstərir. Təəssüf ki, bu kimi hallar ölkəmizdə də var. Düzdür, digər ölkələrlə müqayisədə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayət hadisələri çox azdır. Əlbəttə ki, qadınların kişilərlə bərabər iştirakçılığı üçün həm evdə, həm də iş yerlərində təhlükəsiz şərait olmalıdır. Onların gender əsaslı zorakılığa və məişət zorakılığına məruz qalmaması üçün müvafiq normativ-hüquqi aktlar qəbul edilib, Fəaliyyət Planı və qaydalar təsdiqlənib. Nəticədə zorakılığın bu və digər formasından zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi gücləndirildi; zərər çəkmiş şəxsin tələbi ilə dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edildi; zərər törədən şəxsin hərəkətlərinə dair sanksiyalar sərtləşdirildi; qısamüddətli və uzunmüddətli mühafizə orderlərinin müddəti artırıldı; məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizmi yaradıldı; zorakılıq hallarının şahidi və qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi daha gücləndirildi. Bundan başqa, Azərbaycanda nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halı aradan qaldırıldı, həmçinin yetkinlik yaşına çatmayanlarla qeyri-rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yardan valideynlər, qəyyumlar barəsində sanksiyalar sərtləşdirildi. Amma cəmiyyət də bunu dərk etməli, biganə qalmamalıdır. İctimai qınaq mühüm rol oynayır. Bu o deməkdir ki, mənim qonşuluğumda ailə yaşayır. Mən görürəm ki, bu ailədə problem var. Deyirəm ki, bu, mənim problemim deyil. Lakin düşünmürəm ki, o ailədə olan problem mənim də ailəmə təsir göstərə bilər. Ona görə də cəmiyyət bu məsələlərə münasibət bildirməlidir.

Eyni zamanda, qadınlar da öz hüquqlarını bilməlidirlər. Çox hallarda qadın bilmir ki, hara müraciət etsin. Baxmayaraq ki, Dövlət Komitəsi var, onların qaynar xətti var, polis var, prokurorluq var və s. Deməli, biz daha çox işləməliyik.

- Zənnimcə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi üçün ən çətin problemlərdən biri də qohum evliliklərinin qadağan olunması ilə bağlı qanun layihəsinin hazırlanması və qəbulu idi. Qanun layihəsinin qəbulu insanlar tərəfindən də müsbət qarşılandı. Yəqin ki, proses heç də sadə olmayıb...

- Biz adətən fikirləşirik ki, insanlar başa düşməz, nəyisə dərk etməz, qəbul etməz. Əslində artıq bu stereotipləri qıra bilmişik. Hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də, narahatlıq doğuran məsələlərdən biri olan qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi addımlar atır, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. Bu bir həqiqətdir ki, sağlam ailə sağlam nəsil, sağlam millət deməkdir. Məsələn, altıncı çağırışda müzakirə etdiyimiz və qəbul olunan qanun layihələrindən biri Ailə Məcəlləsində nikahın bağlanmasına mane olan hallar, subyektlər dairəsinin genişləndirilməsi, yəni sadə dillə desək, qohum evliliklərinin qadağan olunması oldu. Bu, çox vacib məsələdir və uzun müddətdir ki, bizi narahat edirdi. Çünki qohum evliliklərdə xəstə uşağın dünyaya gəlməsinə daha tez-tez rast gəlinir. Bu isə adətən ailədə münaqişələrə, zorakılıq hallarının baş verməsinə səbəb olur. Baxın, bizdə nə qədər reabilitasiya mərkəzləri yaranıb?! Niyə? Çünki bu, cəmiyyət üçün böyük problemdir. Biz hansısa addım atmalı idik və nəticədə belə qanun layihəsi hazırlandı. Artıq yaxın qohumlarla yanaşı, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına da yol verilməyəcək.

Elmi araşdırmalar da göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski çox yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Belə nikahlar çox zaman uğursuz olur. Ailədə davamlı olaraq problemlər yaranır, münaqişələr baş verir. Biz unutmamalıyıq ki, insan sağlamlığı, reproduktiv sağlamlıq təkcə səhiyyə baxımından deyil, həm də istənilən ölkə üçün mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir. Biz hamımız ailələrimizin möhkəm olmasını arzulayırıq. İstəyirik ki, uşaqlarımız genetik və irsi xəstəliklərlə doğulmasınlar. İstəyirik ki, ailələrimiz uğurlu və uzunömürlü olsun. Ona görə də bu dəyişikliklər vacibdir. Bir çoxları deyirdi ki, bu qanun layihəsi böyük narazılıq yaradacaq. Ancaq əksinə, sosial şəbəkələrə baxdıq, insanlar bunu maraqla qarşıladılar. Deməli, dövr, insanlar, düşüncələr dəyişir. Amma bir il müddət də nəzərdə tutuldu ki, həm cəmiyyət buna tam hazır olsun, həm də müvafiq qaydalar hazırlansın. Beləliklə, biz bu problemin həllinin cəmiyyət tərəfindən də çox müsbət qarşılandığını gördük.

- Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən qadınların karyera imkanlarının, iqtisadi müstəqilliyinin genişləndirməsi, onların rolunun tanınması üçün hansı yeni təşəbbüslər irəli sürüləcək?

- Onu qeyd edim ki, ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması üçün mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə, vəzifə və iş yeri azaldılaraq 204 müəyyən edilib. Əvvəllər onların sayı 674 idi. Bununla yanaşı, qadınların kişilərlə bərabər qaydada gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə cəlb edilmə və istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə onların yazılı razılığı ilə icazə verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliyə əsasən qadınlarla yanaşı, kişilər də uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Əmək pensiyalarının tətbiqində gender bərabərliyinin təmin olunması həm də vətəndaşlarımızın konstitusion hüquqlarının müdafiəsi deməkdir. 2009-cu ildən Əmək Məcəlləsinə edilən dəyişikliyə görə ataların övladı dünyaya gəldiyi zaman 2 həftə, yəni 14 gün ödənişsiz məzuniyyətə çıxmaq hüququ var. Bu qanun həm dövlət, həm də özəl şirkətlərə şamil olunur. Qeyd edim ki, bu məzuniyyətin ödənişli əsaslarla verilməsi ilə bağlı qanun layihəsi hazırlanıb və tezliklə bu layihənin qəbul edilməsinin şahidi olacağıq.

Qadın üçün əsas məqam nədir? Onun çalışma imkanı – iş şəraiti rahat olsun. Əlbəttə, dövlət qurumlarında çalışan qadınların şəraitinin yaxşılaşdırılması üçün işlər görürük, gələcəkdə yəqin ki, güzəştlər də olacaq. Qadın hər şeydən əvvəl anadır, ailənin əsas dayağıdır. Buna görə də çalışırıq ki, qadınlarımız müqəddəs analıq hissi ilə bərabər, ictimai-siyasi fəaliyyətlərini də həyata keçirə bilsinlər. Bunun üçün isə özünü ictimai həyata həsr edən qadın, həm də bir ana olaraq evi, ailəsi və uşağı üçün narahatlıq keçirməməlidir. Qadınlarda özünəinam hissi olmalıdır. Əgər qızlar və ya qadınlar “mən qadınam, yaxşı olmaz” deyərək, öz arzularından, istəklərindən imtina edərsə, bu, onları daha da geri salacaq. Ancaq “mən bacararam” prinsipi ilə davranarsa, əlbəttə ki, uğur qazanacaq, həm ailədə, həm də cəmiyyətdə öz layiqli yerini tutacaq. Mən Ulu Öndər Heydər Əliyevin sözlərini xatırlamaq istərdim: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.

Digər tərəfdən, bizdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Mən bu təşkilata çox minnətdaram. Onlarla bizim bir çox layihələrimiz olub. Qadın sahibkarlara çox böyük imkanlar yaradırlar. Misal üçün, 2006-cı ildə Azərbaycanda cəmi 4-5 qadın sahibkar var idisə, bu gün onların sayı minlərlədir. KOBİA Qarabağ və Şərqi Zəngəzurda - erməni işğalından azad olunan torpaqlarda sahibkarlıq fəaliyyəti ilə bağlı müsabiqə elan etmişdi. Həmin müsabiqədə çoxlu sahibkar qadınlar iştirak etdi. Maraqlı layihələr vardı və onların həyata keçirilməsi üçün imkanlar yaradıldı. Həmin kiçik müəssisələrin hər birində azı 6-7 qadın işləyəcək. Bu, həm də işsizlik probleminin həllinə töhfədir.

- Boşanma hallarının artmasının, evlilik yaşının çoxalmasının səbəbləri barədə fikirləriniz maraqlı olardı. Bu sahədə təklifləriniz nələrdir?

- Bəli, bizi ən çox narahat edən məsələlərdən biri də budur, son dövrdə boşanmaların sayı artıb. Bəziləri buna sosial-iqtisadi problemlərin, evlərinin olmamasının və sairin səbəb olduğunu deyir. Mən əslində bunlara inanmıram. Çünki təcrübə belə demir. Bizim ağsaqqallar, ağbirçəklərimiz var. Hansı ki, ömür boyu bir yerdə yaşayıblar. Məgər onlar hamısı varlı ailələr idi? Onlar daha çətin dövrdə ailə qurub yaşayıblar - müharibə dövründə, özü də beş-altı, hətta daha çox uşaqla. Nümunəvi də ailələr olublar. Onu da vurğulayım ki, bizdə ağbirçək sözü də, ağsaqqal sözü də əsas olub. İkisinin də eyni nüfuzu var. Əsas məqsədimiz odur ki, bu, qorunub saxlasın və nəsildən-nəslə ötürülən ənənəyə çevrilsin. Necə ki, indiyə qədər belə olub.

Evlilik yaşının çoxalmasına gəldikdə, hesab edirəm ki, bu, daha çox Qərbin təsiridir. Bir çox gəncimiz gedir xaricdə oxuyur, qayıtdıqdan sonra karyera qurmaq istəyir və fikirləşir ki, müəyyən karyera qurum, sonra evlənərəm. Əslində bu, Qərbin baxışıdır ki, əvvəlcə karyera, sonra ailə. Mən bunun tərəfdarı deyiləm. Əlbəttə, erkən nikahın da tərəfdarı deyiləm. Düşünürəm ki, qızların təhsilini bitirdikdən sonra ailə qurması daha uyğun olar. Öz ailəmizdən bir misal çəkim, mənim atam da gec evlənib. Danışardı ki, o da fikirləşib, gərək evim olsun, ailəni dolandıra bilim və sair. Onun bir ustası var idi. Atama demişdi ki, “Sən belə getsə, heç zaman evlənməyəcəksən. Ailə qur, sonra hamısı yavaş-yavaş düzələcək”. Elə də oldu, atam ailə qurub, bir müddət əziyyət çəkib. Amma sonra vəzifədə də irəli çəkilib, ailəsini də dolandırıb. Yəni, hər şeyi vaxtında etsən və əziyyət çəksən çox şeyə nail ola bilərsən.

-Hicran xanım, sonda, gənclərə nə məsləhət görərdiniz?

- Öz üzərilərində çalışsınlar. Vaxtilə mən işdən boş vaxtım olanda fikirləşirdim ki, görəsən, nə edə bilərəm?! Sonra iki uşaq götürdüm, başladım onları universitetə hazırlaşdırmağa. Burada məsələ təkcə maliyyədən getmir. Mən bunu öz təcrübəmi itirməmək üçün edirdim. Heç özüm də bilmirdim ki, mən bunların hamısını necə çatdırıram.

Həmişə qızlara deyirəm: Bax, yoldaşın gəldi evə, ona deyəndə ki, “mən də işləmişəm, mən də yorulmuşam”, sən artıq ailədə problem yaradırsan. Əksinə, yaxşı söz deyin, nə qədər də yorulsan, çalış ki, onun diqqətini başqa yerə yönəldəsən. Belə olmayanda ailə də dağılır, uşaqlar psixoloji sarsıntı keçirirlər. Ona görə də düşünürəm ki, biz ailələrimizlə hələ çox işləməliyik.

Bundan başqa, mən fəaliyyətim dövrümdə ailələrlə işləyən zaman həmişə bir fikri çatdırmaq istəmişəm - qız uşağının uşaqlıqda ata sevgisini, münasibətini hiss etməsi çox vacibdir. Ona görə ki, qız üçün “ideal kişi” modeli onun atasıdır və qızın bütün taleyi atanın bu münasibətilə bağlı olur. Çünki qadını bir şəxsiyyət kimi formalaşdıran əslində elə bu münasibətdir – o, bu gücü hiss edir və gələcəkdə atasının timsalında yaratdığı “ideal kişi” modeli ilə ailə qurur. Gərək kişilər bu məsələyə xüsusi diqqətlə yanaşsınlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO