PARTLAYICI OYUNCAQLAR MÜSADİRƏ EDİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İctimai Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları Sabunçu və Suraxanı rayonları ərazisindəki ticarət obyektlərindən 16.000 ədəd yüksək səsyayma qabiliyyətinə malik partlayıcı oyuncaq aşkar edərək götürmüşlər.